Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Aram Kayfacyan 2020-ci il dövlət büdcəsi xərclərində hərbi müdafiə xərclərinin 0,8% artması məsələsinə toxunarkən bildirib.
O qeyd edib ki, hökumətin nə üçün bu cür addım atdığını başa düşmək çətindir.
“Bəlkə də düşünürlər ki, büdcə xərclərini sosial, iqtisadi sahələrə yönəltmək daha məqsədəuyğundur. Hər birimiz bilirik ki, belə bir mühitdə, şəraitdə xərcləri hərbi sahəyə yönəltmək daha çox prioritetdir”,- deyə iqtisadçı qeyd edib.
Azərbaycanın müdafiə xərclərini 20% artırması məsələsinə toxunan Kayfacyan bildirib ki, bu kimi dəyişikliklər Azərbaycanın müharibəyə hazırlaşdığını göstərir.
“Bu cür impulslar almaq şəraitində ən azından eyni nisbəti qorumalıyıq. Fikrimcə, hətta nisbəti böyütmək lazımdır”, - deyə o qeyd edib.
Kayfacyanın sözlərinə görə, müdafiə xərclərinə qarşı neytral, qənaətedici yanaşma Azərbaycana daha güclü siyasət yürütməyə imkan verəcək: “Onların 20 faizlik artımı böyük fərqdir. İstərdim ki, bu pullar investisiya sahəsinə qoyulsun, lakin hərbi xərclər hesabına yox”.
Alpər Mövludoğlu
Ordu.az