Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi məsələlər üzrə ekspert Karen Vrtanesyan 2020-ci il Ermənistan dövlət büdcəsi xərclərində hərbi müdafiə xərclərinin 0,8% artması məsələsinə toxunarkən bildirib.
Onun sözlərinə görə, əvvəllər müxalifət durmadan vəd verirdi ki, əgər hakimiyyətə gəlsə yeni silahların alınması, hərbi büdcənin artması və digər məsələlər üçün çox tezliklə pul tapılacaq.
“Biz bunu xatırlayırıq. İndi bütün bu vədlər, deyəsən, unudulub və tamamilə başqa rəqəmlər qeyd edilir. Büdcədən hansısa anlaşılmaz xərclər ödənilir. Məsələn, Baş nazirin hansısa qanadlı sözləri bilbordlara çap etdirilir, lakin hərbi xərclər artmır. Əvvəllər hərbi xərclərin artırılması haqqında danışılırdı. Qeyd edilirdi ki, silahlanma yenilənməlidir, təcili yeni silahlara zərurət var, lakin indi edilmir. Sual verirəm, niyə?”,- deyə Vrtanesyan bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın 2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 20% artdığı nəzərə alınarsa, Ermənistandakı artım olduqca cüzidir və bu, balansın pozulmasına, problemlərin ortaya çıxmasına səbəb ola bilər.
Alpər Mövludoğlu
Ordu.az