Komissiya üzvü: “Aprel döyüşlərində boşluqların, çatışmazlıqların olduğu hər kəsə məlumdur”

2019/07/5765_-1564558347.jpg
Oxunub: 22164     15:37     21 Oktyabr 2019    
“Komissiya hərtərəfli araşdırır, işləyir, gündən-günə bir çox şeylər müəyyən olur, ortaya çıxır, yəqin ki, ilin sonuna qədər ümumi bəyanata gələcəyik və fikrimizi bildirəcəyik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyası və “Çiçəklənən Ermənistan Partiyası”nın üzvü Vardan Vardanyan bildirib.

O qeyd edib ki, indi konkret nəsə bir şey demək düzgün deyil.

“Burada hər kəsi çıxarırlar, cinayətkarlar adlandırırlar”,- deyə oktyabrın 18-də 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyi Baş Qərargah rəisi, 1993-cü ildə Müdafiə nazirinin müvəqqəti əvəzedicisi olmuş, general-leytenant Norat Ter-Qriqoryants bildirib. Ter-Qriqoryants, həmçinin qeyd edib ki, səhvə yol vermiş generealları, komandirləri və zabitləri qınayan siyasətdə iştirak etmək istəmir.

Vardanyan Ter-Qriqoryantsın bu bəyanatlarına toxunaraq bildirib ki, komissiyanın məqsədi gələcəkdə eyni hadisələrin təkrarlanmaması üçün orduda mövcud boşluqların və çatışmazlıqların aradan qaldırılmasıdır.

“Prioritet budur, komissiyanın cəzalandırmaq üçün nə məqsədi, nə də səlahiyyəti yoxdur. Biz bu ruhda işləyirik”, - deyə o bildirib

Komissiyanın işlərinə bəzi insanların hansısa səbəblərə görə dəstək nümayiş etdirməməsi ilə bağlı verilən suala Vardanyan cavab verib ki, komissiyanın məqsədi hansısa Ter-Qriqoryantsın təqdim etdiyi kimi deyil.
“Hesab etmirəm ki, imtina etsinlər, çünki bizim məqsədimiz hansısa Ter-Qriqoryantsın təqdim etdiyi deyil, bu, qətiyyən belə deyil”, - deyə o bildirib.

Vardanyan əvvəlcə hər kəsi dinləmək, sonra təhlil etmək və fikir bildirməyin lazım olduğunu vurğulayıb.

“İndi bir-iki nəfəri dinləməklə, işi yarımçıq qoyaraq fikir bildirmək düzgün deyil. Aprel döyüşlərində boşluqların, çatışmazlıqların olduğu hər kəsə məlumdur”, - deyə komissiya üzvü qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin