Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Mher Melikyana qarşı ona görə ittiham irəli sürülüb ki, o, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətli hərbi qulluqçusu olaraq müntəzəm şəkildə müddətli hərbi qulluqçu, sıravi əsgər Gevorq Asoyanın şəxsi ləyaqətini alçaldıb.
Gevorq Asoyan 2016-cı il aprelin 1-də saat 07:00-dan 09-00-a qədər döyüş mövqeyində müşahidəçi kimi xidmətdə olaraq ona təhkim edilmiş silahla özü-özünün ağız nahiyəsindən atəş açıb və nəticədə ölümcül güllə yarası alıb.
Məhkəmə cinayət işinin qanunla müəyyən olunmuş müddətinin keçməsi səbəbilə işin qısaldılmasına və cinayət təqibinin dayandırılmasına qərar verib.
Alpər Mövludoğlu
Ordu.az