Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ona qarşı amnistiya tətbiq edilib.
Söhbət 2016-cı il noyabrın 22-də baş verən hadisədən gedir. Belə ki, məcburi müddətli hərbi qulluqçu Ara Nersisyan saat 03:30 radələrində Aznavur Baleyanın şərəf və ləyaqətini ədəbsiz şəkildə alçaldıb.
Bundan əlavə, həmin gün 09:40 radələrində, affekt vəziyyətində Aznavur Baleyanı qəsdən həyatdan məhrum etmək məqsədilə baş istiqamətində atəş açıb. Sonuncu, həyatına təhlükə yaradan bədən xəsarəti alıb. Ara Nersisyanın istəyindən asılı olmayaraq cinayət sona çatmayıb.
“Erebuni-İrəvanın təsis edilməsinin 2800 illiyi və birinci Ermənistan Respublikasının müstəqilliyinin 100 illiyi münasibətilə cinayət işləri üzrə amnistiya elan edilməsi haqqında” Ermənistan parlamentinin 2018-ci il 1 noyabr tarixli “HO-414-N” saylı qanunun 2-ci maddəsinin 5-ci bəndinin tətbiqi ilə Ara Nersisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 34-105-ci maddəsinin 1-ci hissəsi ilə cinayət təqibinin dayandırılması və cinayət işin icraatı qısaldılıb.
Alpər Mövludoğlu
Ordu.az