Ermənistan MN-in hərbi hissəsində 4 zabit əsgəri siqaret çəkdiyinə görə döyüb - ƏTRAFLI

2018/10/45645-1538565112.jpg
Oxunub: 13776     20:25     21 Oktyabr 2019    
Fevral ayında Ermənisan Müdafiə Nazirliyinin işğal altında olan Madagizdəki hərbi hissəsində taborun qərargah rəisi Erik Xamperyan və digər zabitlərin iştirakı ilə daha bir cinayət hadisəsi qeydə alınıb. Məlumata görə, 4 zabit A.X. adlı hərbi qulluqçunu yerə sərərək, ayaqları ilə təpikləyərək döyüblər. Ararat vilayətindən olan və iyul ayında ordudan tərxis edilən hərbi qulluqçu çavuşdur.

Onun döyülməsinə səbəb siqaret çəkilməsi üçün ayrılan yerdə çavuşun əlində siqaretin zabitlər tərəfindən “yaxalanması” olub. Erməni hərbi qulluqçu verdiyi məlumatda qeyd edib ki, siqaret çəkmək üçün ayrılan yerə gedərkən, arxasında zabitlərin olduğuna diqqət etməyib. Geri dönüb baxarkən, zabitlərin onun arxasında dayandıqlarını görüb. Hərbi qulluqçu öz hərəkətlərinə haqq qazandırmağa çalışarkən erməni zabitlər bildirib ki, onun valideynlərini şəxsi heyətin qabağına gətirib çıxaracaq və onu utandıracaqlar. Çavuş valideynlərini müdafiə edərək deyib ki, onun valideynlərini utandıracaq adam hələ anasından olmayıb. Bu zabitlərin istehzasına səbəb olub.

Şəxsi heyətə “Geri Dön” əmri verilib, zabitlərin zərərçəkən çavuşu necə apardıqlarını əsgərlərin görə bilmədiyi qeyd edilir. Buna baxmayaraq, şahidlər olub.

Məlumata görə, şahid var. Həmin şahid 4 erməni zabitin həmin çavuşa qarşı necə zorakılıq tətbiq edərək apardıqlarını görüb. Zabitlər müstəntiqlərə bildiriblər ki, ilk növbədə çavuş onlara əl qaldırıb.

Prokurorluqdan bildirilib ki, cari ilin fevral ayında başlamış bu cinayət işinə görə 4 zabit də daxil olmaqla, çavuş təqsirkar statusunda cəlb edilib.

Təqsirli şəxs qismində 5 nəfər cəlb edilib. Cinayət işi qarşılıqlı zorakılıq əməllərinə görə qaldırılıb. İstintaq komitəsinin 3-cü qarnizon istintaq şöbəsi tərəfindən CM-nin müvafiq maddələri üzrə cinayət işi açılıb və araşdırma aparılır.

Əldə edilən məlumatlara əsasən, hərbi hissənin bir neçə hərbi qulluqçusu zabitlərə qarşı ifadə verib. Lakin qısa müddət sonra ifadələrini dəyişərək, öz xidmət yoldaşının komandirlərə zərbə endirdiyini yazıblar.

Məlumata görə, döyülmə faktının şahidi zabitlərin çavuşu necə təpiklə döydüklərini bildirib. Bu günlərdə həmin şahid, cinayət işi üzrə ittiham edilən zabitlərdən olan Qarnik Xaçatryan, Harutyun Minasyan və Albert Xaçatryanla üzləşdirilib. Üzləşmə zamanı şahidin yalan danışdığına iddia edərək, ittihamı rədd ediblər.

Keçmiş erməni hərbi qulluqçu, zərərçəkən A.X.adlı çavuşla aparılan söhbət zamanı, hadisənin detallarından danışmaq istəmədiyini, lakin cinayət işi üzrə dindirilməsini və zabitlərlə üzləşmə keçirildiyini bildirib.

“Qarabağa dindirilmək üçün getmişəm, ancaq bütün bunların hamısının yazılmasını istəmirəm, bu sizə nə verəcək? Mən sadəcə olaraq, adımın çəkilməsini istəmirəm. Mən bütün bunların bağlanıb, bitməsini istəyirəm və mən öz mövqeyimi dəyişməmişəm” , - deyə çavuş A.X. bildirib.

Ermənistan Müdafiə naziri Davit Tonoyan və Madagizdəki hərbi hissənin komandiri polkovnik Armen Gözəlyan, hər hansı şəkildə reaksiya və hadisə ilə bağlı hər hansı açıqlama vermirlər. Onların səssizliyi, Ermənistan ordusunda zorakılıq və qətllərin davam edəcəyi mənasını verir. Qeyri-rəsmi məlumatlara görə, Madagizdəki hərbi hissədə baş verən cinayətləri nəzərə alaraq, hərbi hissənin komandiri polkovnik Armen Gözəlyan digər hərbi hissəyə göndərilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Dedovşina  


Bizi "telegram"da izləyin