Ermənistanda hakimiyyət dəyişikliyindən sonra cəmiyyətin bir hissəsi hazırkı hakimiyyəti keçmişdəkilərlə, Paşinyanı Serj Sarkisyanla müqayisə edərək, əslində tərəfləri bərabərləşdirirdilər.
Bir neçə gün əvvəl məhz Paşinyanın özü də bunun doğru olduğunu təsdiqlədi.
Keçən həftə Nazirlər Kabinetinin iclasından əvvəl Paşinyan ölən hərbi qulluqçuların analarını qəbul etdi və onların problemlərini dinlədi, məsələni addım-addım həll edəcəyini vəd verdi. “Əsgər” Koordinasiya Şurasının sədri Marqarita Xaçatryan, görüşdən sonra jurnalistlərə bildirdi ki, Paşinyandan nə təkzib, nə də müsbət həll əldə edə biməyiblər.
Görüşdə, erməni əsgər anaları problemlərini və tələblərini təqdim etdikdə Paşinyan deyib ki, Fonddan faydalananların dairəsi, sizin dediyiniz kimi, hakimiyyətlə çox yaxın münasibətlər qurduğunuz bir vaxtda müəyyən edilib.
“Serj Sarkisyan, keçmiş baş nazirlər və ya prezidentlərlə belə bir görüşünüzün olduğunu və bugünkü iradlarınızı bildirdiyinizi heç xatırlamıram. Bu, mənim üçün qəribədir. Bəs niyə həmin dövrdə gəlib hökumət və ya prezident binasının qarşısında oturmurdunuz?”, - deyə o qeyd edib.
Marqarita Xaçatryan isə Nikol Paşinyanın çıxışına bu cür cavab verib: “Çünki o zaman 30 milyon verilməmişdi. 25 ildir ordunun yanında addımlayıram, heç vaxt belə bir problemim olmayıb ki, hökumətə, parlamentə, prezidentə müraciət edim və mənim müraciətlərim cavabsız qalsın. Siz birinə 30 milyon təzminat ayıranda müəyyən problemlər ortaya çıxdı, bəs digər qurbanlar? Onlar da ermənidir, biz erməniyik”.
Fərq açıq-aydın məlumdursa, niyə Paşinyan özünü Serj Sarkisyanla bərabərləşdirir? Fərq budur, analar bu səbəbdən əvvəllər heç bir aksiya keçrimirdilər, əslində isə keçirilirdi.
Alpər Mövludoğlu
Ordu.az