Paşinyanın reytinqi günü-gündən enir

2019/10/l-6YH-4710313473.jpg
Oxunub: 24209     11:32     21 Oktyabr 2019    
Ermənistanın hakim siyasi qüvvəsi – “Vətəndaş Müqaviləsi” Partiyası yerli idarəetmə seçkilərində uğursuz olmağa davam edir.

Buna pararlel olaraq, Paşinyan hakimiyyəti yumşaq dillə desək, Seçki Məcəlləsində dəyişikliklər etməyə və qondarma reytinqli seçki sistemindən imtina etməyə tələsmir. Bütün bunların dərin səbəbləri var.

Məsələ burasındadır ki, partiya bu və ya digər şəkildə qurulmur, ərazi strukturları isə çox zəifdir. Müxtəlif vilayətlərdən müntəzəm olaraq məlumatlar verilir ki, “Vətəndaş Müqaviləsi” Partiyasının ərazi strukturları tez-tez fürsətçi, odioz simalarla əlaqələndirilir.

Nəticədə insanlar nəinki onlarla əlaqələndirilmək istəmirlər, həmçinin onların rəhbərlik etdiyi strukturlar onlara daxil olmağa icazə vermir. Klassik mənada bu kimi strukturlarla proporsional seçkiyə getdilsə, Paşinyanın reytinqi ilə uğur qazanmaq isə artıq mümkün olmayacaq, çünki onun reytinqi günü-gündən enir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Reytinq  


Bizi "telegram"da izləyin