Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan bildirib.
Yenokyan qeyd edib ki, hazırda ictimai rəyin ciddi manipulyasiyası gedir və hakimiyyət sərhədləri keçib.
“Bütün növ xətləri keçiblər və faktiki olaraq nəinki gizli fəaliyyətlərlə, həmçinin mümkün qədər ictiamiləşdirməklə keçiblər”, - deyə o bildirib.
Yenokyanın sözlərinə görə, cəmiyyətdə hətta 1937-ci il məşhur hadisələri ilə analoqlar verilir.
“Cəmiyyətdə də bu alt instinktləri oyatmağa cəhd edilir, artıq barmaq izlərini yazmağa başlayırlar, “stukaçlar” ortaya çıxır. Hesab edirəm, bu, pisdir, mənəviyyatın elə bir kobud pozuntusudur ki, bundan sonra artıq heç nə təəccüblü olmayacaq. Bundan sonra siyasi cinayətlər, “1 Mart”lar təəcüblü olmayacaq. Hesab edirəm ki, hakimiyyət mənəviyyatın bütün xətlərini keçib”, - deyə o bildirib.
Analitik Narek Samsonyan isə qeyd edib ki, belə bir vəziyyət nə Levon Ter-Petrosyanın, nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın hakimiyyət illərində olmayıb.
Alpər Mövludoğlu
Ordu.az