Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Əmlakını İdarəetmə Komitəsinin sədri Narek Babayan bildirib.
O qeyd edib ki, Şəhərsalma Komitəsi ilə yeni məktəb binası istiqamətində işləyirilər və yekun qərar olanda mətbuata xəbər veriləcək.
Xatırladaq ki, Dövlət Gəlirlər Komitəsi üçün tikilmiş bina otel və sanatoriya kimi nəzərdə tutulub. Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryanın təşəbbüsü ilə bu stukturun 2016-2017-ci illərdə sabiq Müdafiə naziri Vigen Sarkisyanın vəzifədə olduğu vaxt Müdafiə Nazirliyinə təhvil verilməsinə qərar verilib. Bir neçə bundan qabaq isə Dövlət Əmlakını İdarəetmə Komitəsinin sədri Narek Babayan bildirmişdi ki, məktəb bu binanı tamamilə istifadə etmir.
Jurnalistlər “Məgər Dilican binası üçün artıq alıcı axtarılır?” deyə Babayana sual ünvanlayıblar.
“Biz öz üzərimizə düşəni etməyincə bu istiqamətdə fəal işləmirik”, - deyə Babayan cavab verib.
Alpər Mövludoğlu
Ordu.az