Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Yerkrapah” hərbi təşkilatının üzvü Nver Hovhannisyanın öldürülməsi işi artıq məhkəməyə verilib.
Qeyd olunur ki, Qriqor Avetisyana qarşı ittiham irəli sürülüb.
Belə ki, o, 2018-ci il aprelin 23-də, saat 18:45 radələrində, Ermənistanın Armavir vilayətinin Üçmüədzin şəhərinin mərkəzi meydanında - Komitas abidəsi yaxınlığındakı ərazidə baş tutmuş nümayiş müddətində müşahidə etmək səbəbilə yaranmış mübahisə zamanı üzərində olan bıçaqla “Yerkrapah” hərbi təşkilatının üzvü Nver Hovhannisyana zərbə vurub və qaçıb.
Nver Hovhannisyan dərhal “Üçmüədzin” tibb mərkəzinə yerləşdirilib, lakin həmin gün saat 21:45 radələrində ölüb. Qriqor Avetisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.
Qeyd edilən şəxs həbs olunub, iş üzrə ilkin istintaq isə başa çatıb və iş Armavir Vilayəti Ümumi Yurisdiksiya Məhkəməsinə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az