“Rəqibin hücuma hazırlaşması üçün bütün ilkin şərtlər olub” - Köçəryan

2019/06/Andra-1561534180.jpg
Oxunub: 1726     16:42     18 Oktyabr 2019    
Oktyabrın 17-də Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyası Ermənistan SQ BQ Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyanı iclasa dəvət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komissiyasının sədri, “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryan jurnalistlərlə söhbəti zamanı Kəşfiyyat İdarəsinin gözlənilən mümkün müharibə vəziyyəti haqqında rəhbərliyə hesab verməsi məsələsinə toxunub.

Jurnalistlərin “Həmin gecə hücum olacağı məlum idi?” sualına Köçəryan cavab verib ki, rəqibin hücuma hazırlaşması üçün bütün ilkin şərtlər olub.

“Silahlı qüvvələrin bütün bölmələri işləyib, halqanın nə qədər uğursuz olması başqa məsələdir”, - deyə o bildirib.

Hücumun gözlənilməz olub-olmaması ilə bağlı suala cavabında o qeyd edib ki, buna tam şəkildə cavab verə bilmir.

“Bu sualın cavabını tam şəkildə verə bilmərəm, lakin hazırkı anda belə bir təəssürat var ki, hücumla bağlı müəyyən halqalar daha hazırlıqlı ola bilərdi”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aprel-döyüşləri  

“Rəqibin hücuma hazırlaşması üçün bütün ilkin şərtlər olub” - Köçəryan

2019/06/Andra-1561534180.jpg
Oxunub: 1727     16:42     18 Oktyabr 2019    