Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bazoyan “Əsgər” Koordinasiya Şurası üzvlərinin tələblərinə toxunarkən bildirib.
Bazoyan bildirib ki, hakimiyyət bir addım atanda növbəti addımları hesablamır.
“Hakimiyyət başa düşmür ki, dövlət bir iyerarxik sistemdir, əgər sən orada birisinə hansısa imtiyaz vermək istəyirsənsə, digəri də lazımdır, o birisinə də həmin imtiyazı verməyə məcbursan. Bu halda hakimiyyət hesab edir ki, dövlət odur və öz şıltaqlıqları ilə hərəkət edir”, - deyə o qeyd edib.
Politoloq bildirib ki, hakimiyyət bu insanlara eyni kompensasiyanı verməyə borcludur.
“Bu insanların tələbləri mənəvi cəhətdən ədalətlidir və əgər hakimiyyət bu insanların problemini təmin etməsə anlaşılan olmayacaq. Əgər belə bir məbləğ yoxdursa, bu, hakimiyyətin problemidir, məsələni özü həll etməlidir. Bu “pandora qutusunu” onlar açıblar”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az