Paşinyanın müşaviri: “Mən hərbçiyəm, necə iclaslara gəlməyə razılaşa və ya razılaşmaya bilərəm?”

2019/10/17183-1571394994.jpg
Oxunub: 1031     15:40     18 Oktyabr 2019    
Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının iclası keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclas zamanı komissiya üzvləri Ermənistan Baş nazirinin müşaviri, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyanı dinləyib.

Karapetyan iclas başlamazdan əvvəl jurnalislərin suallarına cavab verib, lakin cavablar məzmunlu olmayıb. Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının iclasına gəlməyin asan olub-olmadığı ilə bağlı ona sual ünvanlanıb.

“Mən hərbçiyəm, necə iclaslara gəlməyə razılaşa və ya razılaşmaya bilərəm?”, - deyə o suala cavab verib.

Jurnalistin “Aprel döyüşləri zamanı öznüzü günahkar görürsünüz?” sualına Karapetyan cavab verib ki, hərbi baxımdan günahı müəyyən etmək kimi şeylər komissiyanın işidir, bu komissiya da bunun üçün yaradılıb.

Qeyd edək ki, Arşak Karapetyan 2016-cı ilin Aprel döyüşləri günlərində Ermənistan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisi vəzifəsini tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   İstintaq  

Paşinyanın müşaviri: “Mən hərbçiyəm, necə iclaslara gəlməyə razılaşa və ya razılaşmaya bilərəm?”

2019/10/17183-1571394994.jpg
Oxunub: 1032     15:40     18 Oktyabr 2019    