Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi və oktyabrın 18-dən 28-dək keçiriləcək yarışlarda ölkəmizi MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək.
Oyunlarda 100-dən çox ölkədən təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. 27 növ üzrə 329 yarışın keçiriləcəyi oyunlar hərbçilərin ən böyük dünya oyunlarıdır.
Ordu.az