Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetan iclasa dəvət olunacaq.
Qeyd olunur ki, Karapetyan qapalı iclasda dindiriləcək. Arşak Karapetyan hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviridir. Onun general-mayor rütbəsi var və təxribatçı döyüş əməliyyatlarının iştirakçısıdır.
Karapetyan 2016-cı ilə qədər Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi olub. Aprel döyüşlərindən sonra, aprelin 26-da vəzifəsindən azad olunub.
Alpər Mövludoğlu
Ordu.az