Jurnalist, “Həmin vaxtlar Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisinin birinci müavini olmusunuz, aprel müharibəsi günlərində ciddi problemlər və ya nöqsanlar olduğunu düşünürsünüzmü” deyə sual verib.
O verilən suala cavabında bildiribki, Ermənistan 1994-cü ilin mayında atəşkəs sazişi imzalanan o gündən bəri nə müharibə, nə də sülh şəraitindədir.
Ruslar yalnız hadislərin 3-4-cü günlərində qarışdılar. İtirilən hektarlara gəlincə, bir şeyi başa düşməliyik, əsgərimizin həyatı bizim üçün daha qiymətlidir, biz müharibənin 3-cu günündə birdəfəlik bir şey edə bilərdik, amma çox sayda itki verərdik.
1993-cü ildə Talış və Lələtəpə ətrafındakı əməliyyatlarda iştirak etmişəm. Orada olmuşam və deyə bilərəm ki, 100-150 əsgərin həyatını qorumaq daha yaxşıdır.
Çox ərazi almışdılar... Bunun üçün indi böyük qurbanlar verməyə dəyərdimi?”, - deyə o bildirib.
90-cı illəri də xatırlayan erməni general deyib ki, o, bu fəaliyyəti 1990-cı illərdə də icra edib.
“Həmin vaxt, Vazgen Sarkisyan deyirdi ki, irəli gedirsiniz, baxın görün ki, bu az itkilər hesabına başa gəlsin. Biz milyardlıq millət deyilik, biz əsgərin həyatı barədə düşünməyə bilmərik.
İnsanlar çalışdılar, indi nə bilmək istəyirlər? Kəşfiyyat idarəsinin keçmiş rəhbəri, indi Baş nazirin müşaviri olan general Karapetyan yaxşı bilir, axı məlumat əvvəlcə kəşfiyyat tərəfindən təmin olunur, sonra Silahlı Qüvvələr bunun üzərində işləyir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az