Paşinyan Azərbaycan prezidenti ilə liftdəki müzakirələrin məzmunundan qorxur

2019/10/5675-1571310037.jpg
Oxunub: 16977     16:59     17 Oktyabr 2019    
Ermənistanın baş naziri Nikol Paşinyan prezident İlham Əliyevlə keçən il liftdə keçirdiyi görüşün məzmununun ictimailəşdirilməsindən narahatdır.

Xatırladaq ki, 2018-ci il oktyabrın 1-də Düşənbədə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev eyni liftdə göründülər. Bu görüş sonradan erməni mətbuatında “lift diplomatiyası” adlandırıldı.

Vitali Balasanyan öz nitqində Paşinyanla Əliyev arasındakı lift görüşünü yada salaraq qeyd edib ki, danışıqların nədən getdiyini hamı bilir.

“Baş nazirin kimlə görüşdüyünə dair bizim də mənbələrimiz var, onların nə haqqında danışdıqları, lift diplomatiyasından xəbərdarıq”, - deyə Balasanyan bildirib.

Erməni generalın bu açıqlaması ilk baxışdan açıqlama ilə heç bir əlaqəsi olmayan istefa ilə nəticələndi. Balasanyanın açıqlamasından bir neçə saat sonra Milli Təhlükəsizlik Xidmətinin Dövlət Mahfizə Xidmətinin rəisi Qriqori Hayrapetov vəzifəsindən azad edildi.

Hayarapetovun istefası Balasanyanın açıqlaması ilə birbaşa bağlıdır. Düşənbədə təhlükəsizlik məsələlərinə cavabdeh olan Qriqori Hayrapetov da Paşinyanla birlikdə erməni tərəfinin tərkibində liftdə olub. O da müzakirələrdə iştirak edib.

Balasanyanın açıqlamasından sonra Paşinyan İlham Əliyevlə söhbətlərinin təfərrüatlarının Hayrapetovun vasitəsilə sıza biləcəyinə və Balasanyanın dediklərini, danışıqların təfərrüatlarını yalnız Hayrapetovdan öyrənə biləcəyi qərarına gəlib.

Hayrapetovun söhbətin təfərrüatlarını sızdırması inanılan deyil, axı o, uzun müddətdir ki, Ermənistan MTX-nin əməkdaşıdır və uzun illər Ermənistanın bütün prezidentləri ilə işləyib və bu belə olmasaydı, bu illər ərzində erməni rəhbərlərin təhlükəsizliyini təmin edə bilməzdi. Paşinyan, dövlət idarəetmə təcrübəsi olmayan və dövlət sirrini saxlamağın vacibliyini anlamaqda çətinlik çəkən komandasında “açıq ağız” axtarmalıdır.

Balasanyanın açıqlaması və Hayrapetovun istefası maraqlı suallar doğurur. Belə çıxır ki, Paşinyan liftdə İlham Əliyevlə məzmununun açıqlanmasından qorxduğu bir şey haqqında danışıb. Buna görə Balasanyanın açıqlamasından bir neçə saat sonra ilk şübhəlini istefaya göndərib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Düşənbə  


Bizi "telegram"da izləyin