Ordu.az erməni KİV-lərinə istiandən xəbər verir ki, bunu 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş, general-leytenant Norat Ter-Qriqoryants Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının işlərində onun mümkün iştirakı barədə məsələyə toxunarkən bildirib
O qeyd edib ki, təbii ki, cəbhədə səhvlər olur, lakin onlar cinayətkar deyillər.
"Aprel döyüşləri zamanı Azərbaycan öz silahlı qüvvələrinin 20 faizini cəbhə xəttinə yerləşdirmişdi, onların qarşısında isə cəbhə xəttini qoruyanlar dayanmışdı.
Mən belə bir siyasi prosesdə iştirak etmək istəmirəm. Orada nə axtarırlar? Bir insan xəyanət edirsə, onu mühakimə edirlər, bir adam müharibə aparırsa, onun düşməndən daha az gücü var, onu mühakimə etmirlər, dəstəkləyirlər, güc və imkanlar verirlər. Bizim məntiqimiz isə təhrif olunur", - deyə Ter-Qriqoryants üzvü olduğu İstintaq Komissiyasının işini tənqid edib.
Alpər Mövludoğlu
Ordu.az