Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, general Hayrapetov artıq MTX-nin Dövlət Müdafiə Xidməti rəisi olmadığını adı açıqlanmayan üçüncü şəxs vasitəsilə öyrənib.
O, bu vəzifəyə 2018-ci ilin iyun ayında - hakimiyyət dəyişikliyindən sonra təyin olunub.
Maraqlıdır ki, xidmətin yaradılması və həyata keçirilməsi köklərində dayanan Qriqori Hayrapetov hər üç sabiq prezidentin - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın təhlükəsizliyini qoruyub.
Alpər Mövludoğlu
Ordu.az