Ordu.az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Ermənistanlı həmkarı ilə sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşüb.
"Artıq demişəm, təəssüf ki, danışıqlar barədə yox, görüş haqqında danışmalı oluruq. Ermənistanlı həmkarımla son belə görüş Nyu-Yorkda Minsk qrupunun iştirakı ilə olsa da, düzünü deyim ki, o görüş məni bir az məyus etdi", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 2008-ci ildə Madrid sənədində, ardından 2010-cu ildə onun yenidən işlənmiş variantında, daha sonra isə Kazan sənədində göstərilən hər şey işlənir, amma prinsipcə danışıqlar üçün əsas olaraq qalır.
"Hər dəfə həmsədrlərimizə deyirik: biz heç yerə yox olmayacağıq, oturub bu gün masada olan sənəd əsasında Yerevanla əsaslı şəkildə danışıqlar aparmaq lazımdır”, - deyə E.Məmmədyarov bildirib.
Ordu.az