Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Azərbaycana gəlib.
Ordu.az xəbər verir ki, vasitəçilər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.
Qeyd edək ki, həmsədrlərin regiona səfəri oktyabrın 14-də başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə danışıqlar aparıblar.
Oktyabrın 16-da isə vasitəçilər işğal altında olan Azərbaycan ərazilərinə səfər edib, qondarma qurumun "rəhbərliyi" ilə görüşüb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ATƏT
Həmsədr
Azərbaycan