Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.
Tədbirdə çıxış edənlər kursantlara gələcək xidmətlərinin nümunəvi təşkili üçün qanunların və nizamnamələrin tələblərinə əməl olunmasının vacibliyini geniş izah edərək Müdafiə nazirinin əmr və tapşırıqlarını onların diqqətinə çatdırıblar.
Ordu.az