“Məhz bu zaman “Barış pınarı” aniterror əməliyyatı başa çatacaq” - Ərdoğan

2019/10/thumb-1571031291.jpg
Oxunub: 30655     14:48     16 Oktyabr 2019    
“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törətdikləri qətliamları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgüyə yaxşı baxın”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

Ərdoğan antiterror əməliyyatının hədəflərindən və görəcəkləri işlərdən danışıb.

“Türkiyə tarixində terror qruplaşması ilə bir masa araxasında oturmaq yoxdur və olmayacaq. Bir masaya oturulsa belə bir nəticə əldə edilməyəcəyini bilirik. Bununla bağlı bizi axtarıb, danışıq aparmaq istəyənlərə deyirik: Türkiyənin müttəfiqliyini göz ardına alıb, terror qruplaşmasının könlünü xoş etmək istəyirsizsə, bizim şərtimiz elan etidyimiz 32 km-lik təhlükəsizlik bölgədən bu gecə bütün terrorçuların çıxmasıdır. Onda bizim “Barış pınarı” aniterror əməliyyatı başa çatacaq. Yox, terrorçuları qorumaq istəyirlərsə, o zaman yenə də onların bölgədən çıxması lazımdır. Yox, terrorçular vasitəsi ilə bizə təzyiq etmək istəyirlərsə, bağışlayın, biz buna icazə verməyəcəyik. Terrorçuları təqib etdik, edəcəyik. Hazırda 1220 km-lik ərazini terrorçulardan təmizlədik”, - deyə Türkiyə Prezidenti bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Barış-Pınarı  


Bizi "telegram"da izləyin