Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Daşnaksütun” Bürosunun üzvü, “Hay Dat” və Siyasi Məsələlər Ofisinin cavabdehi Kiro Manoyan qeyd edib.
Manoyan bildirib ki, əgər Nikol Paşinyan “Qarabağ Ermənistandır, vəssalam” deyirsə, qoy bunu praktiki şəkildə göstərsin.
“Yoxsa onun üçün praktika yalnız müşahidəçilərin Qarabağa göndərilməsdir? Dövlətimiz tərəfindən təmin edilən təşkilatların işçiləri Qarabağda qalmağa başlayıb, onlar monitorinq etməlidirlər. Nə üçün bu təşkilatlar rəqabətli seçilmədi? Aydındır ki, siyasi məqsədlər var. Əgər Qarabağda kimin, hansı qüvvənin təsirə malik olmasına İrəvan qərar verməlidirsə, o zaman bu, problemdir. Hər şeyi siyasi hesablamalarla demək, mənfi bir atmosfer yaratmaq və bu istiqamətdə addımlar atmamaq olmaz”, - deyə o qeyd edib
Alpər Mövludoğlu.
Ordu.az