Erməni generalın girov müqabilində sərbəst buraxılması rədd edilib

2019/10/345-1571209840.jpg
Oxunub: 7713     11:32     16 Oktyabr 2019    
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi hakim Mnatsakan Martirosyanın sədrliyi ilə Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryanın 5 milyon dram girov müqabilində həbs qətimkan tədbirinin dəyişdirilməsi barəsində vəkillərin vəsatətini rədd edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qriqoryanın vəkili Arsen Mkrtçyan bildirib.

O qeyd edib ki, vəsatəti məhkəməyə təqdim edib, çünki müştərisinin hərəkətlilik problemi var və məhkəmədə iştirak edə bilməz.

“Növbədənkənar iclas keçirmək praktikada qəbul olunub, lakin məhkəmə bizim bu vəsatətimizi rədd etdi”,- deyə vəkil bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manvel-Qriqoryan   Məhkəmə  


Bizi "telegram"da izləyin