Naxçıvanda gənclər hərbi xidmətə yola salınıb

2019/10/21080-1571209205.jpg
Oxunub: 721     11:01     16 Oktyabr 2019    
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq muxtar respublikamızda çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri başlayıb.

Ordu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək və Şahbuz rayon şöbələrində keçirilən tədbirlərdə gənclərin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanıblar.

Valideynlər övladlarını hərbi xidmətə yola salmaqlarından qürur duyduqlarını bildirib, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarını, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdıraraq onlara uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tədbirdə çıxış edənlər hərbi xidmətə yola salınanları təbrik edib, onlara uğurlu xidmət arzulayıblar.

Sonda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov çağırışçı gəncləri təbrik edib və onlara öz tövsiyələrini çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   Hərbi-xidmət  

Naxçıvanda gənclər hərbi xidmətə yola salınıb

2019/10/21080-1571209205.jpg
Oxunub: 722     11:01     16 Oktyabr 2019    