2019-cu ilin ilk 9 ayı ərzində 39 erməni hərbi qulluqçu ölüb - STATİSTİKA

2019/07/23599-1562841625.jpg
Oxunub: 2284     16:35     15 Oktyabr 2019    
“Ermənistan Silahlı Qüvvələrində ölüm vəziyyəti, hallar, aparıcı səbəblər ictimaiyyətin, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin diqqət mərkəzində qalmağa davam edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan bildirib.

O, Ermənistan SQ-də ölüm halları ilə bağlı statistikanı açıqlayıb:

2019-cu ilin ilk 9 ayı ərzində Ermənistan Silahlı Qüvvələrində (o cümlədən işğal altında olan Qarabağdakı “hərbi birləşmə”də) 39 hərbi qulluqçu ölüb.

Ötən il bu müddət ərzində 50 hərbi qulluqçunun ölüm halı qeydə alınıb.

Yəni, Ermənistan Silahlı Qüvvələrində ölüm halları 11 hal və ya 22 faiz azalıb. Bununla yanaşı, hərbi xidmətlə bağlı ölüm hallarında azalma qeydə alınıb. Xüsusilə də, bu il ərzində ölüm hallarından 16-sı hərbi xidmətlə bağlı olub.

Bunlardan 3-ü təxribata cəhd, 4-ü qətl, 5-i intihar və intihar həddinə çatdırma, 1-i xidmətlə bağlı avtoqəza, 1-i xəstəlik, 2-si bədbəxt hadisə nəticəsində baş verib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin eyni müddəti ərzində Ermənistan ordusunda hərbi xidmətlə bağlı 27 ölüm hadisəsi baş verib.

Ötən ilin 9 ayı ərizində baş vermiş ölüm hadisələrinin səbəbləri isə aşağıdakılar olub:

Təxribata cəhd - 7
Qətl -1
İntihar və intihar həddinə çatdırma - 8
Xidmətlə bağlı avtoqəza - 2
Xəstəlik - 3
Bədbəxt hadisə -3
Mina partlaması -1
Silahın istifadə qaydalarının pozulması - 3
Döyüş xidmətinin aparılması qaydalarının pozulması - 1

Bu ilin ilk 9 ayı ərzində hərbi xidmətlə əlaqəli olmayan 23 ölüm hadisəsi qeydə alınıb. Ötən il bu müddət ərzində eyni qədər ölüm hadisəsi qeydə alınıb.

Səbəblərə görə təsvir aşağıdakı kimidir:

Xəstəlik -8
Xidmətlə əlaqəli olmayan avtoqəza -12
İntihar və intihar həddinə çatdırma - 3

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

2019-cu ilin ilk 9 ayı ərzində 39 erməni hərbi qulluqçu ölüb - STATİSTİKA

2019/07/23599-1562841625.jpg
Oxunub: 2285     16:35     15 Oktyabr 2019    