Ermənistan MN-də “fors-major” vəziyyət yaranıb - VACİB

2019/10/PN-pa-1571135457.jpg
Oxunub: 1787     14:54     16 Oktyabr 2019    
Ermənistan Müdafiə Nazirliyində “fors-major” vəziyyət yaranıb. Məsələ burasındadır ki, nazirlik 14 gün ərzində Ermənistan Respublikası Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının struktur bölmələrinin əsasnamələrinin və strukturlarının, habelə struktur dəyişikliklərinə uyğun ştat siyahılarının təsdiqlənməsi prosesini verilən vaxt ərzində yerinə yetirməyi çatdıra bilmir. Verilən vaxt sona çatır və nazirlik bir-birinə qarışıb.

Məlum olduğu kimi, Paşinyanın qərarı ilə Ermənistan Müdafiə Nazirliyinin əsasnaməsi təsdiqlənib. Qərar Baş naziri əvəz edən Tiqran Avinyan tərəfindən 25 iyul tarixində imzalanıb.

Bu qərarla Ermənistan MN-də yeni kadr islahatlarının başladığı qeyd edilib.

Ermənistan MN-in əsasnaməsi ilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər:

1) Nəzarət İdarəsinin adı dəyişdirilərək, Daxili İstintaq İdarəsi adlandırılır;

2) Əsaslı Tikinti və Qoşunların Mənzil İdarəsinin adı dəyişdirilərək, Əsaslı Tikinti və Şəxsi Heyətin Mənzil İdarəsi adlandırılır;

3) Aşağıdakı struktur bölmələr yaradılır:

a. Hərbi Nəzarət Xidməti
b. İnsan hüquqları və xeyirxahlıq mərkəzi
c. Mərkəzi Arxiv

4) Aşağıdakı struktur dəyişiklikləri edilir:

a. Müdafiə Siyasəti İdarəsi, Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Baş İdarəsi olaraq yenidən qurulur.

b. İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi, İnformasiya və İctimaiyyətlə Əlaqələr Baş İdarəsi olaraq yenidən qurulur.

c. Hərbçilərin Sosial Müdafiəsi İdarəsi, Hərbçilərin Sağlamlıq, Sosial Müdafiə və Veteranlarla iş üzrə Baş İdarəsi olaraq yenidən qurulur.

d. Maddi Texniki Təminat Departamenti iki yerə bölünərək, MTT Baş İdarəsi və Satınalmaların Təşkili İdarəsi olaraq yenidən qurulur.

e. Dövlət Hərbi Sənayesi Komitəsinin İstehsalat və Təmirin təşkili şöbəsi, Hərbi Nümayəndəlik şöbəsi və Maliyyə-İqtisadiyyat şöbəsi MTT Baş İdarəsinə birləşdirilir.

e. Maliyyə və Büdcə Planlaşdırma İdarəsi, Baş Maliyyə İdarəsi olaraq yenidən qurulur.

f. Kadrlar və Hərbi Təhsil İdarəsi, Kadrlar və Hərbi Təhsil Siyasəti Baş İdarəsi olaraq yenidən qurulur.

g. Mərkəzi Hərbi Tibbi Komissiyası, Mərkəzi Hərbi Tibbi Ekspertiza Mərkəzi olaraq yenidən qurulur.

h. İnzibati-İqtisadiyyat İdarəsi, İnformasiya-analitik şöbəsi, Kollegiyanın Təşkilat işləri şöbəsi və hərbi atributlar şöbəsi ləğv edilərək, İşlər administrasiyası yaradılır.

i. Daxili Təhlükəsizlik İdarəsi fəaliyyətini dayandırır.

h. Dövlət Hərbi Sənayesi Komitəsinin əməkdaşları, Hərbi Texniki şöbə, Elmi Tədqiqat və Təcrübə Konstruksiyası işlərinin təşkili şöbəsi, Hərbi Texniki Əməkdaşlıq, İxrac və İdxalın təşkili şöbəsi, Korporativ İdarəetmə və Səfərbərliyin təşkili şöbəsi və istismar şöbəsi əməkdaşlarının fəaliyyəti dayandırılır.

5) Müəyyən edilsin ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin strukturundakı iş rəhbərliyində Baş idarə və mərkəzi arxiv isə şöbə kimi fəaliyyət göstərir.

6) Bu Qərar qüvvəyə mindikdən sonra 3 ay ərzində Ermənistan Respublikasının Müdafiə naziri struktur dəyişikliklərinə uyğun olaraq Ermənistan Respublikası Müdafiə Nazirliyinin və Baş Qərargahın struktur bölmələrinin əsasnamələrinin və strukturlarının təsdiqlənməsini təmin etsin.

İndi budur, oktyabrın 25-də 3 aylıq müddət bitir, Müdafiə Nazirliyində isə qarışıqlıq var, ştat siyahısının təsdiqlənməsi üçün əllərindən gələni edirlər. Nazirlikdə yayılan şayiələrə görə, ciddi kadr dəyişiklikləri gözlənilir. Xüsusilə, Baş Qərargah rəisinin yeganə və əsas müavini olacaq, bu şəxs də Onik Qasparyan olmağa davam edəcək.

BQ-nin digər müavinləri Andranik Makaryan, Stepan Qalstyan və Tiran Xaçatryanın taleyinin necə olacağı hələlik məlum deyil. Bu dəyişikliklər nəticəsində vəzifə veriləcəkmi, yoxsa ordudan gedəcəkləri hələlik bilinmir.

Dəyişikliklər nəticəsində yaşlı insanlar və təcrübəlilərə ərizə yazıb ordunu tərk etmələrinin təklif ediləcəyi gözlənilir.

Məsələn, Qarnik Hayrapetyan 2009-cu il dekabrın 12-də Ermənistan MN-in Administrasiya rəhbəri olaraq təyin edilib və bu dəyişikliklər nəticəsində qərargahın adı dəyişdirilərək yeni bir adda - Baş Katibliyə çevriləcək. Nazirlikdə yayılan şayiələrə görə, onun bu vəzifədə qalmayacağı istisna edilmir.

Bundan əlavə əldə edilən məlumata görə, ştat siyahılarının təsdiqlənməsi prosesində Paşinyan, prezident Sarkisyan, Tonoyan və Davtyan tərəfindən imzalanmalı olan qərarlar var.

Buna görə də 14 gün ərzində nazirlik prosesi başa çatdırmalıdır, çünki nazirlikdə bir sıra gözlənilməz dəyişikliklər başlayacaq. Hərbçilər Ermənistan MN-də kimlər qalacaq və kimlər gedəcək deyə, nəfəslərini tutaraq hadisələrin inkişafını gözləməkdədirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu  

Ermənistan MN-də “fors-major” vəziyyət yaranıb - VACİB

2019/10/PN-pa-1571135457.jpg
Oxunub: 1788     14:54     16 Oktyabr 2019    