Doğrudur, onların övladları bir il ərzində bir neçə dəfə məzuniyyətə çıxıb evə gəliblər. Bu, sıravi erməni hərbi qulluqçular üçün əlçatmazdır.
Diaspor nazirinin sabiq müavini, hazırda Ermənistan XİN-in baş katibi olan Vahaqn Melikyanın oğlu Müdafiə Nazirliyində xidmət edir və beynəlxalq qonaqları müşayiət edir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan məlumatı təsdiqləyib.
“Vahaqn Melikyanın oğlu Ermənistan Silahlı Qüvvələrinə könüllü gəlib, onun müstəsna bilikləri, savadı və təhsili var. Bəli, o, Müdafiə Siyasəti İdarəsində xidmət edir. Nəinki qonaqları qəbul edir, həmçinin onları müşayiət edir, bu, artıq onun funksiyalarından biridir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az