Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi-siyasi ekspert Gevorq Gevorqyan MDB dövlət rəhbərlərinin məhdud tərkibdə iclası zamanı Əliyev-Paşinyan dialoquna toxunarkən qeyd edib.
O, sözügedən dialoqu hərbi əməliyyatların başlamasının müqəddiməsi kimi qiymətləndirib.
“Mən Əliyev-Paşinyan görüşünü hərbi əməliyyatların başlamasının müqəddiməsi kimi xarakterizə edirəm. Bu gün Ermənistan hökuməti döyüş çağırışları ilə çıxış edərək Əliyev və Azərbaycan xalqı üçün böyük sahə yaradıb. Allah eləməsin, əgər indi hərbi əməliyyatlar başlasa, nə olacaq? Necə qarşısını alacağıq? Cəbhə xətti arxa cəbhənin zəhərlənmiş və bölünmüş xalqı ilə olduqca təhlükəlidir. Əgər rəqiblərimiz hansısa uğura nail olsalar, onda günahkar bu hökumətin yürütdüyü siyasət olacaq”, - deyə Gevorqyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az