Ermənistanda hərbçilər sülhməramlı qüvvələri tərk edirlər

2019/10/15646-1571131464.jpg
Oxunub: 755     16:22     15 Oktyabr 2019    
Hakimiyyət dəyişikliyi günlərində Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı qüvvələri öz hərəkətləri ilə digər əsgərlərdən fərqləndilər, çünki onlar bölmələrini tərk edərək nümayişçilərə qoşulmaqla proseslərin gedişində bir dönüş yaratdılar.

Bəzi məlumatlara görə, Serj Sarkisyan əsgərlərin Sirk yaxınlığındakı sülhməramlı alaydan çıxdığını görəndə müqavimət göstərməyin faydasız olduğunu başa düşərək istefa verməyə qərar verib.

Sonra həmin hərbi hissənin komandiri mükafatlandırıldı, daha yüksək vəzifəyə keçirildi. Ancaq yeni Ermənistan hakimiyyəti bu hadisədən müvafiq “nəticələr” çıxardı və sülhməramlı qüvvələri paytaxtdan çıxararaq Abovyanadakı Balahovit yaşayış məntəqəsinə yerləşdirdi.

Bundan əlavə, bu müddət ərzində digər dəyişikliklər də edilib. Hakimiyyət dəyişikliyindən sonra sülhməramlı qüvvələri rotasiya qayadlarına uyğun komplektləşdirməyə başlayıblar.

Müxtəlif hərbi təlim mərkəzlərində hərtərəfli təlim keçən, habelə bir neçə dil bilən erməni zabitlər əvəz olunmağa başlayıblar. Məlumata görə, öncəkilər müxtlif ölkələrdə missiyalarda iştirak etmiş təcrübəli sülhməramlılardan ibarət idi, indi onları müxtəlif hərbi hissələrdən, Ermənistanda təlim keçmiş hərbçilərlə əvəz etməyə başlayıblar.

NATO bayrağı altında missiya yerinə yetirmək üçün yüksək ödənişlə təmin edildiyinə görə sülhməramlıların tərkibində xidmət etmək istəyənlər çoxdur.

Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi, bərabərliyi bərqərar etmək və sülhməramlı alayları digər hərbi hissələrdən Ermənistanda təhsil almış, xüsusi təhsili olmayan və təcrübəsiz zabit heyəti ilə komplektləşdirmə qərarına gəlib. Bunun əvəzində isə təcrübəli sülhməramlıları adi nizami hərbi hissələrə göndərirlər. Bu addım da şikayətlərə səbəb olub. Sülhməramlıların bir çoxu ərizə yazmağa və tərxis olmağa başlayıblar.

Bundan əlavə, hərbi hissənin yerləşməsi ilə bağlı bəzi şikayətlər də meydana çıxıb, bəzi hərbçilər maaşlarnı Balahovitə gediş-gəliş üçün xərclədiklərini bildiriblər.

Erməni sülhməramlılar bildirib ki, son dövrdə mövcud vəziyyətə görə onlarla sülhməramlı silahlı qüvvəni tərk etməyə başlayıb. Onların fikrincə, belə şəraitdə işləmək sərfəli deyil.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan məsələni şərh edərək qeyd edib ki, sülhməramlı briqadanın sıravi hərbçiləri Silahlı Qüvvələrinin digər hərbi hissələrində müqviləli xidmət edən heyətin aldığı eyni maaşı alırlar.

“Digər hərbi hissələrin və qoşunların müqaviləli hərbçilərinə şamil olunmyan xüsusi səfərlər cədvəli də var və müəyyən müddətə xaricə gedirlər, bunun üçün digər hərbçilərə verilməyən güzəştlər, əlavə ödənişlər əldə edirlər”, - deyə o bildirib.

Son vaxtlar sülhməramlı briqadanı neçə nəfərin tərk etdiyinə dair sual soruşduqda, Hovhannisyan dövlət sirri hesab olunduğuna görə cavab verməyəcəyini qeyd edib.

Məlumata görə, bu günlərdə Abovyan yaxınlığındakı Zar kəndində NATO təlimləri keçirilir və təxminən bir həftə davam edəcək təlim nəticəsinə görə NATO sülhməramlıların hazırlığını qiymətləndirməlidir. Bu qiymətləndirmə çox vacibdir, çünki bu qiymətləndirmə erməni sülhməramlılarının NATO bayrağı altında öz missiyalarını sərbəst yerinə yetirə biləcəyini müəyyən edəcək.

NATO rəsmilərinin təlimlərdən məmnun qalması üçün hərbi hissədən başqa hərbi hissələrə göndərilən zabitlərə keçmiş hərbi hissələrinə müvəqqəti qayıtmaları təklif edilib. Məlumata görə, bu yaxınlarda rotasiya qaydasında sülhməramlılara gətirilən zabitlər təlimlərdə dil problemi ilə üzləşiblər, təlimlər zamanı ingilis dilini bilmək tələb olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Sülhməramlılar  

Ermənistanda hərbçilər sülhməramlı qüvvələri tərk edirlər

2019/10/15646-1571131464.jpg
Oxunub: 756     16:22     15 Oktyabr 2019    