Rus şərqşünas: “Moskva Azərbaycanla əməkdaşlıq etməklə Suriyada balanslaşdırılmış siyasət aparır”

2019/10/Vikto-1571126455.jpg
Oxunub: 738     14:00     15 Oktyabr 2019    
“Moskva Suriyadakı Şimali Qafqazdan olan terrorçuların geri qayıtmasını istəmir, onlara məhz orada təzyiq göstərmək istəyir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın Qara dəniz-Xəzər Bölgəsi Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru, rus şərqşünas Viktor Nadein-Ravski bildirib.

Hazırda Suriyada baş verənlərin regiona necə təsir edəcəyi ilə bağlı verilən suala cavabında Nadein-Ravski bildirib ki, vəziyyət birmənalı olaraq bütün bölgəyə təsir edəcək.

“Ən başlıcası terror qruplaşmalarına təsir etmək idi. Bu, Rusiya halında da son dərəcə vacib idi. Nəzərə almaq lazımdır ki, Suriyada terrorçular Şimali Qafqazdan çoxdur və məhz orada (Suriya-red.) onların böyük hissəsi aradan qaldırılıb. Buna baxmayaraq, bəziləri hələ də qalıb və Moskva onların geri qayıtmasını istəmir. Onlara məhz orada (Suriyada-red.) təzyiq göstərmək lazımdır. Şimali Qafqazda bunu etmək olduqca çətindir. Bunlar Rusiyadakı İslamın gələcəyi üçün olduqca ciddi məsələlərdir. Buna görə də, biz Azərbaycan ərzisində islamçı qüvvələrin birləşməməsi üçün Azərbaycanı da bura cəlb etməklə balanslaşdırılmış siyasət aparmağa məcburuq. Bu, həm də Qarabağ münaqişəsi üçün vacib məsələdir. Bu münaqişədə hazırda Azərbaycan və Ermənistanın mövqeyi müxtəlifdir. Ekstremizm olmadan sülh həllinə nail olmaq lazımdır. Hesab edirəm, hələki bu qüvvələr Suriya istiqamətində cəmləşib və Suriyada müharibənin başa çatması, terrorun aradan qaldırılması regiona müsbət təsir edəcək. Bu halda əlavə təhlükələr görmürəm”, - deyə rus şərqşünas qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Azərbaycan  

Rus şərqşünas: “Moskva Azərbaycanla əməkdaşlıq etməklə Suriyada balanslaşdırılmış siyasət aparır”

2019/10/Vikto-1571126455.jpg
Oxunub: 739     14:00     15 Oktyabr 2019    