Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis bölməsinin əməkdaşları dərhal hadisə yerinə gedib.
Müəyyən olub ki, qeyd edilən binanın sakinləri - 50 yaşlı T. Eduard, 42 yaşlı K. Tiqran, 31 yaşlı Q. Mariya, 60 yaşlı S. Marqo və Abovyan şəhər sakini - 27 yaşlı X. Koryun arasında mübahisə olub.
İrəvanda baş vermiş dava faktına dair materiallar Nor Nork polis bölməsinin istintaq şöbəsində hazırlanır.
Müəyyən olub ki, Q. Mariya mübahisə zamanı stul ilə mübahisənin digər iştirakçısı - eyni bina sakini, 46 yaşlı K. Emmaya zərbə vurub. T. Eduard və K. Emma isə müxtəlif bədən xəsarətləri alaraq “Müqəddəs Qriqor Lusavoriç” tibb mərkəzinə yerləşdirilib.
Bundan başqa, mübahisə zamanı X. Koryun da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatlara görə, K. Emma və T. Eduard Vazgen Sarkisyan adına hərbi universitetdə işləyir, T. Eduard rütbəcə polkovnikdir, X. Koryun isə vilayətlərdə fəaliyyət göstərən idman və fitnes mərkəzlərindən birində məşqçidir.
Alpər Mövludoğlu
Ordu.az