“Hələ silahdan ilk dəfə atəş açanda, hədəfi dəqiq vuranda necə sevinmişdim” (FOTOLAR)

2019/10/b5ec3-1571117575.jpg
Oxunub: 1098     17:40     15 Oktyabr 2019    
Gənc əsgərlərin hazırlıq keçdikləri "N" hərbi hissəsində hərtərəfli şəraitin şahidi olduq. Xidmətdə ilk addımlarını atan gənclər hərbi hissədə heç bir çətinlik çəkmədən təlim kursunu uğurla başa vurur, bacarıqlı əsgərlər kimi xidməti yerlərinə yollanırlar. Yaxın günlərdə səngərlərdə xidmətə başlayacaq gənc əsgərlərimizlə həmsöhbət olub düşüncələrini öyrəndik. Xalqımıza Böyük Qələbə sevincini yaşadacaq əsgərlərin fikirlərini oxucularla bölüşürük:

Əsgər Famil Aslanov:

- Orduya gəldiyimiz ilk günlərdən peşəkar komandirlərin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Onlar hər addımda çalışır ki, biz tez bir vaxtda hərbi xidmətin sirlərinə yiyələnək. Bundan ötrü müntəzəm olaraq dərslər və məşğələlər keçirilir. İndi hərbi xidmətin ilk dövrü ilə müqayisədə özümü bilikli, bacarıqlı hiss edirəm. Həm fiziki, həm də psixoloji baxımdan hərbi xidmətimi yerinə yetirməyə tam hazıram. Hazırlıq dövrümüzü uğurla başa vurub döyüş postuna gedəcəyim günü intizarla gözləyirəm. Əsgər üçün ən müqəddəs xidmət yeri səngərdir. Mən də səngərdə xidmət etmək istəyirəm. Onun üçün keçirilən təlimlərə məsuliyyətlə yanaşır, verilən tapşırıqları sözsüz və vaxtında yerinə yetirirəm. Vətən artıq bizlərə əmanətdir, torpaqlarımızın keşiyində inamla dayanan, müqəddəs vəzifələrimizin öhdəsindən layiqincə gəlməyə qadir əsgərlər kimi formalaşmışıq. Təlim müddətində bizə məşğələlərdə döyüş hazırlığından, taktiki hazırlıqdan, atəş hazırlığından dərslər keçirilib. Bu dərslərdə öyrədilən bilikləri yaxşı mənimsədik. Təbii ki, bunların hamısını bizlərə öyrədən savadlı və bacarıqlı komandirlərimizdi. Hər birinə minnətdarlığımı bildirirəm ki, bizə hərbi sirləri səylə öyrədib, üstün mənəvi keyfiyyətlər aşılayıblar.

Əsgər Hilal Cəfərzadə:

- Hər birimiz dərslərdə fəal iştirak edərək, vəzifə borclarımızı, silahların təyinatını və istifadə qaydalarını, döyüş hazırlığını və digər hərbi bilikləri dərindən öyrəndik. Azərbaycan Ordusuna layiqli əsgər olmaq üçün bundan sonrakı xidmətimizdə də məsuliyyətli olub, bizə tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlməyi özümüzə borc bilirik. Təlim müddətində öyrəndiyimiz bilik və bacarıqların gələcək xidmətimizdə bizə böyük köməyi olacaq. İndi bizim üzərimizə düşən əsas vəzifə təyin olduğumuz bölmələrdə layiqli xidmət edərək mövqelərimizi göz bəbəyi kimi qorumaqdır. Əsgəri xidmət, həqiqətən də, hər bir gəncin həyatında önəmli yerə malikdir. Əsgər olmaq uşaqlıqdan arzumuz olub. Biz artıq bu arzunun sevincini yaşayırıq. İstəyirəm ki, gənc əsgər hazırlığı müddəti bitdikdən sonra mən də xidmətimi səngərdə davam etdirim.

Əsgər Həsənağa Qarayev:

- Hamı kimi mən də gənc əsgər hazırlığı dövrünü uğurla başa vurduğum üçün sevinirəm. Həm də bir az həyəcanlıyam. Çünki qarşıda bizi daha məsuliyyətli vəzifələr gözləyir. Mənim də arzum səngərdə dayanmaqdır və buna tam hazıram. Bu müqəddəs vəzifədən əsgər dostlarım kimi mən də qürurlanıram. Təlim müddətinə gəldikdə isə burada çox şey öyrəndik. Həm nəzəri, həm əməli olaraq hərbi biliklərə, həm də döyüş texnikalarının sirlərinə yiyələndik. Silahdan atəş açmağı öyrəndik. Ordumuzun güc və qüdrətinin canlı şahidi olduq. Mən bir əsgər kimi xalqımıza əminliklə deyə bilərəm ki, biz düşməndən qat-qat güclüyük, onu məhv etməyə hər an hazırıq və qadirik. Əsgər kimi arzum odur ki, Qarabağa bayrağımızı sancanların sırasında olum.

Yaradılan şəraitdən və göstərilən qayğıdan hər birimiz razıyıq. Gənc əsgər xidməti dövründə hərbi hissədə daha gözəl şəraitin şahidi oldum. Yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandanımıza, Müdafiə nazirimizə və bütün komandirlərimizə minnətdarlıq edirik. Söz veririk ki, Hərbi anda sadiq olacaq, torpaqlarımızın azadlığı uğrunda döyüşdə son damla qanımıza qədər şücaətlə vuruşacağıq.

Əsgər Sevər Salmanov:

- Xidmətə gələn gündən hər birimizə doğma münasibət bəslənib. Ona görə də hərbi xidmətə uyğunlaşmağımız çətin olmadı. Bir neçə gün sonra artıq özümü neçə illərdir burada xidmət keçən biri kimi hiss edirdim. Hərbi hissənin şəraitinə söz ola bilməz. Biz də keçirilən dərslərdə fəal iştirak edib, vəzifə borclarımızı, silahların təyinatını və istifadə qaydalarını və digər hərbi bilikləri öyrəndik. Bundan sonrakı xidmətimizdə də Azərbaycan Ordusuna layiqli əsgər olmaq üçün əlimizdən gələni edəcəyik. Vətənimizin keşiyində inamla dayanacaq, düşmənə layiqli cavab verəcəyik.

Əsgər Elgün Həsənov:

- Gənc əsgər hazırlığımız artıq başa çatmaq üzrədir. Bu müddət ərzində gözəl duyğular yaşadıq, qürur hissləri keçirdik. Hərbi formanı geyinib sırada dayandıq, avtomatdan atəş açdıq. Həyəcanlı, sevincli və yaddaqalan günlər idi. Komandirimiz sıranın müqəddəs olduğundan, nizam-intizamın sıradan başlandığından danışırdı. Hələ silahdan ilk dəfə atəş açanda, hədəfi dəqiq vuranda necə sevinmişdim. Bu günlər xidmətimin ən unudulmaz günləri kimi xatirəmdən heç zaman silinməyəcək. Bu gün ön xətdə xidmətimi davam etdirməyə tam hazıram. Çünki artıq təcrübəli əsgərəm və Vətənimizin müdafiəsində inamla dayanacaq, işğalda olan torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmağa daim hazır olacam.

Əsgər Nurxan Həsənov:

- Ordu sıralarına gəldiyim ilk gündən nümunəvi xidmət etməyə söz vermişəm. Çünki əsgəri xidmət hər birimizin Vətən qarşısında övladlıq borcudur. Bu borcun öhdəsindən isə layiqincə gəlməliyik. Hər zaman hərbi xidmətə çağırılacağım günün intizarında olmuşam. O günü həvəslə gözləmişəm. Hərbi hissədə komandirlərimizin doğma münasibətini, yaradılan şəraiti görəndə xidmətə sevgim daha da artdı. Gənc əsgər hazırlığı dövrünü mən də xoş xatirələrlə başa vururam. Ayrı-ayrı bölmələrdə xidmətimizi davam etdirmək üçün burada qazandığım dostlarımdan ayrılacağıma görə üzülürəm. Amma inanıram ki, növbəti xidmət yerində yeni dostlarım, silahdaşlarım olacaq. Hazırlıq dövrü mənə də çox şeylər qazandırdı. Ən əsası hərbi xidmətin mahiyyətini, bir gənc üçün nə qədər vacib olduğunu anlatdı. Hərbi xidmət bizim üçün həyat məktəbidir. Burada mərdliyi, qorxmazlığı, yoldaşlığa sadiq qalmağı, ən çətin anda belə dostunu tərk etməməyi öyrənirsən. Çətinliyə dözməyi, müxtəlif şəraitlərə uyğunlaşmağı mənimsəyirsən. Bu müddət ərzində düşmənlərimizi daha yaxından tanıdıq. Bunlarla yanaşı, hərbi texnikaları, silahları öyrəndik, dünyagörüşümüzü artırdıq. Bizi qarşıda daha məsuliyyətli xidmət günləri gözləyir. Xidmətimin sonuna qədər şanlı ordumuzun adına layiqli xidmət edəcək, daim nümunəvi xidmətə görə fərqlənənlərin sıralarında olmağa çalışacam. Bu, mənim daxili istəyim, Vətənimə, dövlətimə olan sonsuz sevgimdir. Vətənə sevgimdən ilham alıb, düşmən qarşısında qətiyyətlə dayanacam.

Əsgər Turqut Məmmədov:

- Vətənini sevən bir gənc kimi mən də torpaqlarımızın işğal altında olduğu şəraitdə hərbi xidmət keçməyin vacibliyini yaxşı dərk edirəm. Hərbi xidmətə qələbə qazanmaq arzusu ilə gəlmişəm. Ordumuzun Aprel və Günnüt döyüşlərində düşmən üzərində inamlı qələbə qazanması biz gənclərdə ruh yüksəkliyi yaratdı. Hərbi xidmətə bir amalla gəldik - nümunəvi xidmət edəcək, yüksək döyüş hazırlıqlı əsgərlər kimi formalaşıb, bu qələbələrin davamını gətirəcəyik. Artıq xidmətin ilkin mərhələsini başa vururuq. Bu mərhələdə bizi vətənpərvər əsgərlər kimi formalaşdıran, silahlardan istifadə etməyi, nizam-intizamlı olmağı öyrədən komandirlərimə hər zaman minnətdar olacağam. Öz nümunəvi xidmətimlə onları daim sevindirəcəm. Bütün əsgər dostlarımın adından deyə bilərəm ki, bizim ən birinci və vacib borcumuz hərbi xidmət keçmək, bacarıqlı və cəsur əsgər olmaq, torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olan döyüşçülər olmaqdır. Bundan sonrakı xidmətimi döyüş postunda davam etdirməyin arzusundayam. Düşmənlə üz-üzə dayanıb, Vətəni qorumaq şərəfinə nail olmaq istəyirəm. Çünki mən əsgəri xidmətə gələrkən qəhrəmanların döyüş yolunu özümə örnək seçmişəm. Mübarizləşmək, Samidləşmək, Çingizləşmək arzusu ilə xidmət etməyi, torpaqlarımızı qorumağı özümə mənəvi borc bilirəm.

Gənc əsgərlərin sözlərindən, düşüncələrindən bu fikirlər duyulurdu: “Vətən, sənin əsgərinəm!”

Orxan Hüseynli, Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu",
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu   Əsgər  

“Hələ silahdan ilk dəfə atəş açanda, hədəfi dəqiq vuranda necə sevinmişdim” (FOTOLAR)

2019/10/b5ec3-1571117575.jpg
Oxunub: 1099     17:40     15 Oktyabr 2019    