“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib - VİDEO
Oxunub: 30160
09:40
15 Oktyabr 2019
Sərhədlərimiz dövlətimiz üçün nə qədər müqəddəsdirsə sərhədçi olmaq da bir o qədər şərəfli işdir. Bu gün sərhədlərimiz etibarlı şəkildə qorunur. Sərhədçilər üçün müasir şərait yaradılır, yeni zastava kompleksləri tikilərək istifadəyə verilir.
Bu işlərin davamı olaraq sentyabr ayında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci sərhəd zastavasında yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan televiziyasının əməkdaşları yeni xidmət və yaşayış kompleksindən reportaj hazırlayıblar.