Rusiya və Səudiyyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

2019/10/putin-1571114938.jpg
Oxunub: 10597     09:46     15 Oktyabr 2019    
Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud arasında keçirilən görüşdə hərbi və texniki əməkdaşlıq məsələləri müzakirə edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Putin və Səudiyyə Ərəbistanı kralı arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyini və bu dialoqun davam etdiriləcəyini söyləyib.

Səudiyyə Ərəbistanına mümkün S-400 sistemlərinin tədarükü məsələsinə gəldikdə isə Peskov qeyd edib ki, bununla bağlı hələlik konkret razılaşma yoxdur, lakin belə bir plan var.

"Dialoq davam edəcək və bu, bazarın tənzimlənməsi baxımından Rusiya-Səudiyyə dialoqunun effektivliyini sübut etdi. Qarşılıqlı fəaliyyət davam edəcək", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər zamanı neft prosesi, Suriya və Fars körfəzindəki vəziyyətin sabitləşdirilməsi üçün fəaliyyətin əlaqələndirilməsi, eləcə də İsrail-Fələstin münasibətlərinin tənzimlənməsi danışıqlar mövzusunun tərkib hissəsi olub. İki ölkə liderləri, həmçinin qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrini müzakirə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Səudiyyə   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin