Erməni ekspert: “Təsəvvür etmirlər ki, cəmiyyət manipulyativ bəyanatlar eşitməkdən yorulub”

2019/10/arcvi-1571038590.jpg
Oxunub: 1879     16:36     14 Oktyabr 2019    
“Ermənistanda məşğulluğun genişlənməsi ilə yanaşı, əmək resursları da ciddi şəkildə azalıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Daşnaksütun” partiyasının üzvü, “Daşnaksütun” partiyasının ixtisaslı komissiyalarının koordinatoru Artsvik Minasyan mühacirət nəticəsində işsizlərin sayının azalması məsələsinə toxunarkən bildirib.

O qeyd edib ki, manipulyativ rəqəm bəyanatları vermək yox, real addımlar atmaq lazımdır ki, məqsədlər nəticə versin və ya nəticəyə çevrilsin.

“Bütün bunlar bir çox digər istiqamətlərdə olduğu kimi sosial-iqtisadi siyasət baxımından da aydın bir strategiya formalaşdırmadığımızdan xəbər verir. Təəssüf edirəm ki, bugünkü siyasi hakimiyyət bu məsələni nəinki vacib hesab etmir, hətta proqramlar gətiriləndə cəmiyyətin digər üzvlərinin cəlb edilməsini rədd edir. Cəmiyyətin 70 faizdən artığı bir il əvvəl bu bulud üzərində oturmuş vəziyyətdə bizə səs verib, insanlar vəziyyətin dəyişməsindən xəbərszidir. Təsəvvür etmirlər ki, cəmiyyət manipulyativ bəyanatlar eşitməkdən yorulub. Konkret fəaliyyətlərin və nəticənin zamanı gəlib”,- deyə Minasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni ekspert: “Təsəvvür etmirlər ki, cəmiyyət manipulyativ bəyanatlar eşitməkdən yorulub”

2019/10/arcvi-1571038590.jpg
Oxunub: 1880     16:36     14 Oktyabr 2019    