"Ordu korpuslarında "informasiya texnologiyası bölüyü"nün yaradılması ciddi inkişafa səbəb ola bilər" - HƏRBİ EKSPERT

2019/10/78978-1570863959.jpg
Oxunub: 776     16:03     15 Oktyabr 2019    
Ölkəmizdə keçirilən sərgilərdə digər təşkilatçıların müsbət ideyalarını tətbiq etmək çox vacibdir. Birincisi özəl şirkətlərlə MSN-in əlaqələri genişləndirilməli və koordinasiya edilməlidir. İkincisi, Elmlər Akademiyası, onun insitutları, bütün universitetlər, xüsusilə Texniki və Mühəndislik Universitetləri, Ali Hərbi Akademiya, Ali Hərbi Məktəb və onların qoşun növləri üzrə fakultələri mütləq hər bir sərgidə patentini əldə etdiyi yenilikləri təqdim etməlidir. Bu patentləri əldə edənlər xüsusi təqaüdlə təmin edilməlidir, əgər təhsilini bu və ya digər səviyyədə davam etdirirsə, diplom müdafiəsindən azad olunmalıdırlar.

Bu torpaqları qorumaq üçün əsgər, əsgərə isə müasir silah lazımdır. Əsrlər boyu silah və texnologiya almaq isə dövlət büdcəsinə ciddi təsir göstərir. Ən sadə çıxış yolu isə bu müasir texnologiyaları yaradacaq gəncləri yetişdirməkdir. Onlar həm milli təhlükəsizliyimizi təmin edər, həm dövlətimizin büdcəsini qoruyar, həm də gələcəkdə bu büdcəni əlavə gəlirlə təmin də edə bilərlər.

Belarusun müddətli xidmətdə olan hərbi qulluqçulardan formalaşdırılan "informasiya texnologiyası bölüyü" ideyası da bizim üçün tam keçərlidir. Mən bu bölüklərin mühəndis və informasiya taqımları kimi formalaşmasına üstünlük verərdim. Universitetlərin texniki fakultələrini bitirən məzunları, korpusların Qərargah rəisinin tabeliyində yaradılacaq bu bölüklərdə xidmətə cəlb etmək mümkündür. Onların arasından hər il 3-5 nəfəri seçib müqaviləli hərbi xidmətə qəbul etməklə, korpusların düşmənin İT texnologiyaları ilə mübarizəsində potensialını artırmaq tamamilə mümkündür. Sonralar isə bu ideyanı briqadaların qərargahı üçün "informasiya texnologiyası tağımı" miqyasında tətbiq etmək olar. Əvvəlcə hər iki ildən bir keçirilən yerli sərgilərdə hər korpusun "mühəndis və informasiya texnologiyası bölüyü" öz yenilikləri ilə mütləq çıxış etməlidir. Belə bir ideya MN-də yeni yaradılan kibertəhlüləkisizlik orqanlarında, MSN-də, XDMX-nin İnformasiya təhlükəsizliyi Agentliyində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində çalışa biləcək kadrların ehtiyat, bəlkə də əsas potensialını təşkil edərdi.

Bu metod MSN üçün mühəndis bazasının fasiləsiz hazırlanması, həm məzunların peşə biliklərini artırması, həm də korpusların düşmən qarşısında tam texnoloji üstünlük əldə etməsi baxımından ölkəmiz üçün də çox faydalı ola bilər. "İnformasiya texnologiyası bölüyünün" tətbiqi isə onun funksional təyinatı ilə müqayisədə demək olar ki, maliyyə vəsaiti tələb etmir, çünki texniki fakultələrini bitirən məzunlar istənilən halda müddətli hərbi xidmətə cəlb edilir. Bölmələrin bəzi avadanlıqlarının alınması isə böyük bir vəsait tələb etmir. Əgər söhbət dövlət və ordunun təhlükəsizliyindən gedirsə, o zaman belə xərcləri nəzərə almamaq da mümkündür.

Universitet məzunlarını bu sahədən anlayan bir və ya bir neçə zabitin rəhbərliyi altında eyni bölmədə birləşdirib imkanlarını yoxlamaq, bir az beyinlərini işlətmək üçün onlara kömək etmək, aralarından yararlı olan mühəndisləri seçib zabit kurslarından keçirmək və sonda müqavilə bağlayaraq hərbi xidmətə cəlb etmək elə də çətin proses deyil. İlkin mərhələdə bu prosedurlar mərkəzləşdirilmiş qaydada, Dövlət İmtahan Mərkəzi ilə Müdafiə Nazirliyi arasında razılaşdırılaraq da həyata keçirilə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN   ADEX  

"Ordu korpuslarında "informasiya texnologiyası bölüyü"nün yaradılması ciddi inkişafa səbəb ola bilər" - HƏRBİ EKSPERT

2019/10/78978-1570863959.jpg
Oxunub: 777     16:03     15 Oktyabr 2019    