BMT məruzəçisi: "Ermənilər Azərbaycana axan çayları çirkləndirir"

2019/10/25293-1570792682.jpg
Oxunub: 586     15:17     11 Oktyabr 2019    
“Azərbaycanda bir çox fermerlər ağır su çatışmazlığı və ekoloji çirklənmə ilə üzləşirlər. Bu, xüsusilə Ermənistan ərazisindən sərhədi keçərək ölkəyə axan çaylarda müşahidə edilir”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycana 11 günlük səfərinin yekunları ilə bağlı BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver bildirib.

O deyib ki, son 20 il ərzində yüksək iqtisadi artım və sosial sahədə həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan yüksək nəticələr göstərən yuxarı orta gəlirli ölkəyə çevrilib. Lakin, ölkə iqtisadiyyatını şaxələndirmək üçün səylər göstərməli və kiçik fermerlərə dəstək verməlidir.

Məruzəçinin sözlərinə görə, son iki il ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi kimi yeni təsisatların yaradılması istiqamətində ölkə təqdirəlayiq addımlar atıb, kənd təsərrüfatı, ərzaq və qida təhlükəsizliyi sahələrini inkişaf etdirmək üçün yeni qanunlar, siyasət və proqramlar qəbul edib. Hazırda əsas məsələ, müvafiq vəsaitin ayrılmasını təmin edərək bu məqsədləri həyata keçirmək, habelə cəmiyyətin bütün təbəqələrinin bəhrələnəcəyi iqtisadi artıma nail olmaqdır.

Hilal Elveri qeyd edib ki, növbəti onillik həlledici əhəmiyyət kəsb edəcəkdir. (Azvision.az)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   BMT  

BMT məruzəçisi: "Ermənilər Azərbaycana axan çayları çirkləndirir"

2019/10/25293-1570792682.jpg
Oxunub: 589     15:17     11 Oktyabr 2019    