Ermənistan ordusunda baş vermiş 3 cinayət intihar kimi qeydə alınıb - DETALLAR

2019/10/72329-1570789061.jpg
Oxunub: 1084     15:15     11 Oktyabr 2019    
Ermənistanda bir neçə ölən hərbçinin maraqlarını təmsil edən “İnsan Hüquqları üzrə Jurnalistlər”in vəkili Hayarpi Sarkisyan üç cinayət işi üzrə müstəntiqlərə etiraz edib. Məsələ üç cinayətin intihar hadisəsi kimi təqdim edilməsidir. Erməni vəkil bunların hərbi prokurorluq tərəfindən gizlədilən qətl cinayətləri olduğuna əmindir. O, Baş Prokuror Artur Davtyandan müstəntiqlərin törətdikləri rəsmi cinayətlər üzrə cinayət işlərinin başlanmasını istəyib.

Kapitan Andranik Mkrtçyanı başqa silahla və başqa yerdə öldürüblər.

Kapitan Andranik Mkrtçyanın cəsədi 20 avqust 2017-ci il tarixdə “N” saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün komandirinin otağında alt çənə hissəsinə açılan güllə yarası ilə tapılıb. Kapitanın ölümündə heç kəsi günahlandırmaq istəmədiyi və etdiyi hərəkəti dərk etməsinə dair cibində saxta bir qeyd tapılıb.

Məhz bu müstəvidə müstəntiqlər Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açıblar. Vəkil, Hayarpi Sarkisyan baş verənlərin qətl olduğunu sübut edən faktlara işarə edir.

“Əvvəlcə Andranik Mkrtçyan vayber sosial şəbəkəsi vasitəsilə sevgilisinə yarım saat ərzində yazacağını deyib, amma öldürüldüyünə görə yazmayıb. İkincisi, Mkrtçyan hərbi hissəyə bazar ertəsi getməli olduğu halda dəfələrlə ona zəng edib çağırıblar. Bazar günü hərbi hissəyə gedib və qətlə yetirilib. Paltarında olan qəhvəyi izlərdən məlum olur ki, xidməti mənzilində də olub. Amma bu məqam ekspertizaya göndərilməyib, əksinə izlər silinib. 2017-ci ilin may ayında Andranik yol polisi əməkdaşları ilə kəskin mübahisə edib. Onu öldürəcəkləri ilə hədələyiblər.

Mkrtçyanın intihar etdiyi iddia edilən güllədə qan və ya beyin mayesi hüceyrələrinin izləri tapılmayıb. Yuxarıda göstərilən məhkəmə-tibbi genetik ekspertiza hadisə yerində tapılan mərminin Andranik Mkrtçyanın başından keçmədiyini təsdiqləyib. Yəni bu o deməkdir ki, Andranik Mkrtçyan a) öldürülüb, b) Andranik Mkrtçyan başqa bir silahla öldürülüb, c) Andranik Mkrtçyanı başqa bir yerdə öldürüblər”, - deyə vəkil bildirib.

Qasparyan əvvəlcə ağzına, sonra başına atəş edib, daha sonra ölə bilməzdi.

2018-ci il mayın 4-də hərbi hissənin müşahidəçisi Artur Qasparyanın cəsədi hərbi hissədəki “Avtobus 3” şərti ad daşıyan sığınacağın yaxınlığında ağız və baş nahiyəsindən silah yarası ilə aşkar edilib.

Hadisə üzrə yenə “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açıldı.

Qasparyanın cəsədinin yanında, ona təhkim edilmiş pulemyot və atılan güllənin iki gilizi aşkar edilib.

Ekspertiza yolu ilə müəyyən edilib və sübut olunub ki, pulemyotun qoruyucusunun “tək-tək” atəş vəziyyətində yalnız bir mərmi atmaq mümkündür. İkinci mərmini atmaq üçün tətik buraxılmalı və daha sonra sıxılmaqla növbəti atəş edilməlidir.

“Həmçinin, digər ekspertizaların nəticələrinin müqayisəsi də göstərir ki, Qasparyan bu vəziyyətdə özünə bu cür atəş edə bilməzdi. Yalnız bir atəşlə aşkar edilən iki atəş xəsarətini, biri ağzından vurulmaqla, daha bir atəşlə özünü vuraraq öldürə biməzdi.

Yəni məhkəmə-tibbi ekspertizaların bu rəyləri ilə saxta intihar versiyası təkzib edilib”, - deyə Hayarpi Sarkisyan bildirir.

İntihar silahlarında digər insanların barmaq izləri var

2018-ci il oktyabrın 1-də “N” saylı hərbi hissənin hərbi qulluqçusu Qevorq Haroyan silah otağını təmizləyərəkən əsgər yoldaşı Ts.Qor adlı hərbi qulluqçunun silahından atəş edərək, döş qəfəsindən yaralanıb. Müstəntiqlərin rəyinə görə 2 saat sonra hospitalda ölüb. Müstəntiqlər yenə də inthar maddəsi üzrə cinayət işi açıblar. Paşinyanla görüş zamanı ölən hərbi qulluqçunun dayısı, ekspertizanın rəylərini ona təqdim edib. Həmin ekspertiza rəyinə əsasən maddi sübut kimi təqdim edilən silahın üzərində ölən hərbi qulluqçunun barmaq izləri aşkarlanmayıb. Paşinyanın təklifi ilə məhkəmə-tibbi genetik ekspertizası aparılıb. Ekspertiza nəticəsində müəyyən edilib ki, silahda ölən hərbi qulluqçu Haroyana yox, başqa şəxsə məxsus DNT izləri vardır. Bu məqamı gözardına vuran müstəntiqlər indiyədək saxta intihar versiyasını əsaslandırmağa çalışırlar.

“İllərdir ki, bizim hərbi prokuroruluğumuz yoxdur. İstintaq orqanlarında prokuror nəzarətini korrupsiya amilləri əvəz edir. Bunun nəticəsində əsl cinayətkarlar, həmçinin hadisələrin real baş vermə məqamları gizlədilir. Bunu müxtəlif ekspertiza rəyləri ilə təsdiqlənmiş, təkzibolunmaz faktlar sübut edir”,- deyə vəkil Hayarpi Sarkisyan erməni KİV-nə verdiyi müsahibəsinə yekun vurub.

Onun bütün etirazları və bəyanatları prokurorluq tərəfindən icraatı həyata keçirən, haqqında şikayət olunan həmin istintaq orqanlarının ünvanına göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət   İntihar  

Ermənistan ordusunda baş vermiş 3 cinayət intihar kimi qeydə alınıb - DETALLAR

2019/10/72329-1570789061.jpg
Oxunub: 1087     15:15     11 Oktyabr 2019    