Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 11-də Aşqabadda baş tutacaq MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək məqsədilə oktyabrın 10-u axşam Türkmənistana işgüzar səfər edib.
Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla da görüşüblər.
Bu fonda kifayət qədər maraqlı sual yaranır ki, İlham Əliyev və Nikol Paşinyan Aşqabadda görüşəcəkmi? Qarabağ münaqişəsi müzakirə olunacaqmı?
Bir sözlə, məgər Düşənbənin “lift diplomatiyası” öz davamını gətirəcək, yoxsa yox?
Alpər Mövludoğlu
Ordu.az