Köhnə müxalif Paşinyan və yeni baş nazir Paşinyan tamamilə fərqli adamlardır

2019/10/l-6YH-4710313473.jpg
Oxunub: 274     14:34     11 Oktyabr 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a şəxsi təyyarəsi ilə səfəri aktiv müzakirə mövzusu oldu. Mediada Paşinyan başda olmaqla nümayəndə heyətinin ABŞ-a yola düşdüyü dəbdəbəli “Gulfstream G550” tipli təyyarəsinin fotoları yayımlandı və məlum oldu ki, təyyarə ukraynalı siyasətçi Nestor İvanoviç Şufriçə məxsusdur. ABŞ-a təkcə çarter reysi Ermənistanın dövlət büdcəsinə 350 min dollardan çox başa gəlib.

Ancaq yuxarıda göstərilən 165 milyon dram, ABŞ-a 35 üzvdən ibarət nümayəndə heyətinin səfərinə sərf edilən tam məbləğ deyil. Hökümətin qərarına əsasən, hökümət üzvlərinin xarici işgüzar səfərlər üçün dövlət büdcəsindən əlavə 250 milyon dram ayrılıb.

Məlum olur ki, Paşinyanın ABŞ-a səfəri Ermənistan kimi kasıb bir ölkə üçün böyük məbləğ hesabına başa gəlib. Paşinyanın ABŞ-a səfəri və Sinqapurun baş nazirinin Ermənistana səfəri arasında müqayisələrin aparılması təsadüfi deyil.

Ermənistandan fərqli olaraq, Sinqapur çox yüksək inkişaf səviyyəsi və böyük bir büdcəsi olan ölkədir, lakin Sinqapur Baş naziri lazımsız xərclərin qarşısını almaq üçün “Air Fance” müntəzəm reysi ilə Ermənistana səfər etməyə üstünlük verib.

Paşinyan hələ müxalifətdə olan bir millət vəkili olaraq, dövlət büdcəsində əlavə xərclərin azaldılması barədə danışmağı xoşlayırdı. Paşinyanın ən çox sevdiyi mövzulardan biri xidməti avtomobillərin ixtisara salınması idi.

Ancaq Paşinyanın açıqlamaları hakimiyyətə gəldikdən sonra havada qaldı. Hakimiyyət dəyişikliyinin ilk ilində hökumət xidməti avtomobillərin 68 ədəd azaldaraq 834-ə endirilməsini təklif etdi.

Onların sayı il ərzində yenidən artdı və 2020-ci ildə təqdim olunan Dövlət büdcəsi layihəsində xidməti avtomobillərin sayı 867-yə çatıb.

Gördüyümüz kimi, müxalifətçi millət vəkili Paşinyanın pul qənaət etməsi ilə bağlı açıqlamaları və baş nazir Paşinyanın yanaşmaları tamamilə fərqlidir.

Bu, əlbəttə ki, Paşinyanın timsalında bir yenilik deyil, çünki o, müxalif bir millət vəkili olarkən elə bəynatlar verib ki, indi praktiki olaraq bunların tam əksini edir.

Çox da uzaq getmək lazım deyil, sadəcə Paşinyanın AİƏT-in yararsız quruluş olması ilə bağlı söylədiklərini xatırlayaq və Baş nazir Paşinyanın AİƏT-in effektivliyinə dair verdiyi vədləri müqayisə edək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Köhnə müxalif Paşinyan və yeni baş nazir Paşinyan tamamilə fərqli adamlardır

2019/10/l-6YH-4710313473.jpg
Oxunub: 277     14:34     11 Oktyabr 2019    