Hələ keçən il Paşinyan Putini Ermənistana dəvət etdi, lakin oktyabrın 1-də Putinin yalnız bir neçə saatlıq səfəri, AİƏT Ali Şurasında iştirak etmək məqsədi daşıyırdı.
Əgər AİƏT Ali Şurası İrəvanda deyil, AİƏT üzv ölkələrindən birinin paytaxtında baş tutsaydı, Putinin bu il Ermənistana səfər edə biləcəyi ilə bağlı ümidlər olmazdı.
Paşinyan Rusiya prezidenti ilə təmaslarından sonra ictimaiyyətə Ermənistan-Rusiya münasibətlərinin parlaq səviyyədə olduğunu bildirməyə çalışsa da, bu vədlər, açıqlamalar artıq ictimaiyyət tərəfindən ciddi qəbul olunmur.
Putinin Ermənistana səfəri zamanı Paşinyan onunla iki dəfə qısa görüş keçirdi, lakin görüşlərdən sonra məlum oldu ki, ikitərəfli dostluq vədlərindən başqa heç bir əsaslı məsələlər müzakirə olunmayıb.
Yaxud ola bilsin ki, “qaynar” məsələlər ciddi müzakirə olunub, amma dərc olunmayan mövzular müzakirə edilib.
Bundan əlavə, bu cür qısamüddətli görüşlərdə hər hansı bir ciddi məsələnin həll olunacağını gözləmək çətindir, baxmayaraq ki, Paşinyanın mətbuat katibi Rusiya və Ermənistan liderlərinin görüşündə qazın qiyməti məsələsini müzakirə etdiklərini də bildirib.
Əgər Ermənistan-Rusiya münasibətlərində həqiqətən müsbət bir dəyişiklik olsaydı, o halda Putin İrəvana bir neçə saatlıq səfər etməzdi, həmçinin özü ilə birlikdə böyük bir heyət, o cümlədən iş adamları gətirərdi, nümayəndə heyətinin üzvləri İrəvanda yüksək səviyyəli görüşlər keçirərdi və s.
Əslində, Putinin İrəvana səfəri heç bir əməli nəticə vermədi. Üstəlik, Ermənistan hakimiyyətinə qarşı Rusiya tərəfindəki etimadsızlıq davam edir. Bunu Rusiya mediasının Paşinyan-Putin görüşlərinin prosedur xarakterli olmasına dair yayımlamaları da sübut edir.
Həm də diqqət çəkən məqam bundan ibarətdir ki, Paşinyan, növbəti gün Soçidəki “Valday” konfransında iştirak etmirdi. Azərbaycan Prezidenti İlham Əliyev bu platformadan yalnız Azərbaycanda atom elektrik stansiyasının inşası ilə bağlı məsələləri gündəmə gətirməyə çalışmadı, həmçinin Paşinyanın bəyanatlarına da olduqca ciddi cavab verdi.
Alpər Mövludoğlu
Ordu.az