TSQ Suriyada quru əməliyyatını uğurla davam etdirir - 181 sığınacaq və 1 şəhər terrorçulardan təmizləndi

2019/10/18032-1570683608.jpg
Oxunub: 3812     09:21     10 Oktyabr 2019    
Türkiyə ordusu Fərat çayının şərqində quru əməliyyatına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz həmçinin Suriya Milli Ordusu "Barış pınarı" əməliyyatı çərçivəsində Fəratdan şərqə yerüstü əməliyyata başlayıb", - deyə Nazirliyin bəyanatında deyilir.

Daha sonra yayılan məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri Suriyada "Barış pınarı" əməliyyatının ilk saatlarında terrorçuların Telabyad, Rasulayn və Zormağar bölgələrindəki sığınacaqlarına dörd istiqamətdən zərbələr endirib.

"Barış pinarı" əməliyyatı çərçivəsində Hərbi Hava Qüvvələri və digər hərbi texnika Fərat çayından şərqdə, Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində, eləcə də digər ərazilərdə terrorçuların 181 sığınacağına zərbələr endirib", - deyə ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirib.

Bu istiqamətdə atışlara cavab olaraq bölgədə terrorçular tərəfindən silah səsləri eşidilir. Axşam saatlarında bölgədə atışma səsləri daha da intensivləşib.

Türk hərbi təyyarələrinin görmə məsafəsini azaltmaq məqsədilə terrorçular tərəfindən ərazidə rezin təkərlər yandırılır.

Türkiyənin Mardin şəhərinə bağlı Nusaybin rayonuna Suriyanın şimalında yerləşən Qamışlı şəhərindən 9 raket mərmisi atılıb. Raketlərin çoxu boş ərazilərə, üçü isə yaşayış bölgələrinə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib.

Türkiyənin sərhəd bölgələrinin bəzi ərazilərində əhaliyə bayıra çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Əməliyyatlara davam edən Türkiyə ordusu Suriyanın şimalındakı Rəkka əyalətinin Tell-Abyad sərhəd şəhərinə daxil olub.

Məlumata görə, buna qədər türk hərbçiləri şəhər ətrafında terrorçuların olduğu mövqelərə artilleriya zərbələri endirib.

Şəhərin sakinləri qonşu Derbasiya və Amuda yaşayış məntəqələrində məskunlaşıb.

Başladılan əməliyyat əsnasında bölgədəki bələdiyyə binalarına aid səs gücləndiricilərdə Mehtər Marşı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsindən “Dua” adlı şeir səsləndirilib.

Türk Silahlı Qüvvələri tərəfindən başladılan əməliyyatda ən son model hərbi texnikadan istifadə olunur.

“Seyit onbaşı” adlandırılan “Poyraz” ötürmə sistemi və “KİRPİ-2” zirehli maşınları vasitəsilə atışma bölgəsinə sürətli silah-sursat ötürülür.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatını davam etdirir. Türkiyə Silahlı Qüvvələri sərhəddən 30 kilometr içəriyə doğru irəliləyərək PKK/YPG-nın hədəflərini məhv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

TSQ Suriyada quru əməliyyatını uğurla davam etdirir - 181 sığınacaq və 1 şəhər terrorçulardan təmizləndi

2019/10/18032-1570683608.jpg
Oxunub: 3813     09:21     10 Oktyabr 2019    