Çin: ABŞ-ın “Trident II” ballistik raketi Rusiyanın “Bulava”sından 10 qat daha etibarlıdır

2019/10/tride-1570604307.jpg
Oxunub: 610     17:53     09 Oktyabr 2019    
Avqustun sonu və sentyabrın əvvəlində həm ABŞ, həm də Rusiyanın sualtı qüvvələri bir sıra sınaqlar keçirdi. Çinin “Sohu” agentliyi iki dünya gücünün sualtı raketlərinin etibarlılığını qiymətləndirməyə çalışıb.

Mümkün bir dünya müharibəsində qitələrarası ballistik raketlərlə təchiz olunmuş strateji nüvə sualtı qayığı ən qorxunc silahdır. Düşmən üçün demək olar ki, görünməyən və hücum üçün mümkün qədər yaxınlaşmağa qadir olan texnikadır.

Ən güclü strateji sualtı donanmasına və ən böyük nüvə arsenalına sahib olan iki ölkə ABŞ və Rusiyadır. Agentlik bu iki ölkənin sualtı qayıqdan atılan qitələrarası ballistik raketlərini müqayisə edib: ABŞ-ın “Ohayo” sinfinə məxsus sualtı gəmi ilə daşınan “Trident II” ballistik raketi və Rusiyanın “Borey” sinfinə məxsus sualtı gəmi ilə daşınan “Bulava” raketləri.

Sentyabrın əvvəlində dörd ədəd “Trident II” raketi sınaqlardan keçirilib. “Trident II” D5 sualtı gəmidən atılmaq üçün hazırlanmış və istehsalçının sözlərinə görə, 11000 km-dən çox məsafədə hədəfləri məhv edə bilən üç mərhələli ballistik raketdir.

“Trident” bir çox müstəqil hədəflənən termonüvə başlığı ehtiva edir. Səkkiz 475 kiloton döyüş başlığı və ya on dörd 100 kiloton döyüş başlığı daşıya bilər. Raketlər yüksək dəqiqliyə malikdir.

Avqustun 24-də, ABŞ tərəfindən həyata keçirilən sınaqdan bir qədər əvvəl, Rusiya “Borey” sinfinə məxsus “Yury Dolgoruki” sualtı qayığından MBR R-30 “Bulava-30” raketləri atdı. Sualtı qayıq iki raketdən istifadə edərək 5,500 km məsafədəki hədəfi vura bildi. “Bulava”ların maksimal məsafəsi 9,300 km təşkil edir. Digər mənbələr həqiqi rəqəmlərin “Trident II”ə yaxın ola biləcəyini iddia edirlər.

“Sohu” Rusiyanın coğrafi bir üstünlüyə sahib olduğunu müşahidə edir. ABŞ-ın şərq sahilinə cəmi 7000 km məsafədə yerləşən Barens dənizindən atılan “Bulava” Arktik dairəsindən keçərək ABŞ-ın şərq sahilindəki böyük şəhərləri məhv edə bilər. Rusiya ordusu hərbi baxımdan Arktik dairəsinin mütləq üstünlüyünə sahib olduğundan, “Borey” sinfinə məxsus strateji nüvə sualtı gəmisi məsafəni 5000 km azaldaraq ABŞ-a daha da yaxınlaşa bilər. Bu məsafədə bir “Bulava” 8 nüvə başlığı ilə təchiz oluna bilər.

Buna baxmayaraq, Çin agentliyi Amerika çatdırılma vasitələrinə üstünlük verir.

““Trident II”nin üstünlüyü var, çünki ən az səkkiz 2,7 tonluq nüvə başlığı daşıya bilər və 11000 km məsafəni təmin edə bilər. Halbuki 8 döyüş başlığı olan “Bulava” maksimum 8000 km məsafədədir. 19 dəfə sınaqdan keçirildi və cəmi 11 test uğurlu oldu”, - deyə agentlik qeyd edib.

Çin 1987-ci ildən bəri ABŞ hərbi qüvvələri “Trident”i 168 dəfə sınadı və yalnız bir neçə atış uğursuz oldu, bu “Trident II”nin “Bulava”dan on qat daha etibarlı olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bulava   Trident  

Çin: ABŞ-ın “Trident II” ballistik raketi Rusiyanın “Bulava”sından 10 qat daha etibarlıdır

2019/10/tride-1570604307.jpg
Oxunub: 613     17:53     09 Oktyabr 2019    