Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu beynəlxalq münasibətlər mütəxəssis, erməni politoloq Suren Sarkisyan bildirib.
Boltonun Ermənistana daha öncəki səfərini və bu səfər zamanı açıqladığı “İran ətrafındakı dairə sıxılmalıdır” ifadəsinə toxunaraq, Boltonun istefası ilə bağlı Ermənistan-İran münasibətlərinə sərt mesajların ləğv olunma ehtimalına dair sualı cavablandırarkən Sarkisyan bildirib ki, Boltonun təkcə İrana qarşı yox olmayan sərt mövqeyi vardı.
“Söhbət xüsusən, aktiv fəaliyyətlərin baş verdiyinə baxmayaraq, Nikolas Maduronun hələ də hakimiyyətdə qaldığı Venesueladan gedir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Ermənistan-İran məsələsində hər şey prezident Trampın hansı qərar verəcəyindən asılıdır.
“İranla danışıqlar aparmaq istədiyi təqdirdə, onun bu qərarı dəyişikliyə məruz qalmayacaq və növbəti təhlükəsizlik müşaviri işə başlayanda bu və bütün digər prioritetləri irəli sürməlidir”, - deyə Sarkisyan qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün öncə “Twitter” hesabında Con Boltonu bir sıra məsələlərdə mövqeyi ilə razılaşmadığı üçün vəzifəsindən azad etdiyini açıqlayıb.
Alpər Mövludoğlu
Ordu.az