Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İşıqlı Ermənistan partiyası fraksiyasının rəhbəri Edmon Marukyan Ermənistan parlamentində jurnalistlərlə konfransı zamanı danışıb.
Onun sözlərinə görə, qalan məsələlərlə bağlı müsbət cavab verilib və müsbət hal olaraq, danışıqların davam etdiriləcəyi, həmçinin məxfiliyi qorumaqla parlament üzvlərinin prosesin gedişatı barədə məlumat alacaqlarını da qeyd edib.
Köhnə prinsiplərin nəticə vermədiyi, yeni prinsiplər əsasında sənəd hazırlanması və danışıqlara başlanılması ehtimalına gəldikdə isə, Marukyan bildirib ki, köhnə sənəd ətrafında danışıqlar aparılması barədə məlumatı olmasa da, nəticəsiz qaldığını söyləmək olar və yeni prinsiplər, elementlər ətrafında danışıqlara başlanılmasına dəyər.
İndi hər hansı məlumat olmadığına görə bu barədə bir şey deyə bilməyəcəyini qeyd edən Marukyan qeyd edib ki, erməni tərəfi danışıqlarda yeni yanaşma tərzi formalaşdırmağa cəhd etməlidir.
“Lakin isti qan izləri olduğu halda, münaqişənin nizamlanmasından danışmaq qeyri-mümkündür, çünki təmasların bərpa edilməsi üçün, uzun müddətli atəşkəs olmasına zərurət var”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az