Müdafiə naziri: "Ordumuzun bütün uğurları islahatlar nəticəsində mümkün olub"

2019/04/15541-1554200601.jpg
Oxunub: 6430     14:17     02 Aprel 2019    
"Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib".

Ordu.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində keçirilən görüşdə şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq edərkən deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olub: "Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğını gündəlik həyatında hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadirdir".

Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə də məlumat verib.

Hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanasının yenidən qurulduğu, müasir təlim mərkəzlərinin yaradıldığı bildirilib. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlətimizin başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Sonda Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Ali Baş Komandana minnətdarlığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-naziri   Ordu  


Bizi "telegram"da izləyin