Azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar Orduda silsilə tədbirlər keçirilib

2019/03/30a5f-1554026333.jpg
Oxunub: 27235     13:57     31 Mart 2019    
1918-ci il azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.

Soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 31-Mart   Soyqırım   Ordu   Tədbir  


Bizi "telegram"da izləyin